Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyarderlərin Monakodakı nəhəng yaxta şousu təxirə salındı

Dünya milyarderləri bu il sevimli yaxtalarının böyüklüyü və dəbdəbəsi ilə öyünə bilməyəcəklər. 30 ildir fasiləsiz keçirilən dünyanın ən böyük yaxta şousu - “Monaco Yacht Show” koronavirus səbəbindən bu il təxirə salınıb...

PİA.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.

Bir həftə ərzində 3 milyard dollardan ucuz olmayan yaxtaların toplaşdığı ən böyük yaxta şousu əvvəlcə 2020-ci ilin sentyabrına planlaşdırıldı, ancaq gələn ilin sentyabrından əvvəl baş tutması ehtimal olunmur. Təşkilatçıların bildirdiyinə görə, əslində Monako rəhbərliyi ilə şounun təhlükəsizliyi və gigiyena şərtləri ilə bağlı razılığa gəliblər. Bununla belə, bəzi iştirakçıların qorxuları daha güclü olub və sərgi ləğv edilib.

Bir həftə ərzində keçirilən sərgi təşkilatçılar, iştirakçılar və Monako Knyazlığına təxminən 2 milyard dollar gəlir gətirir. Sərgiyə qonşu ölkələrdən bir çox avropalı gəlir. Giriş biletinin qiyməti isə təxminən 300 avrodur.

Keçən il ənənəvi yaxta şousu ümumi dəyəri 4,3 milyard dollardan çox olan 125 superyaxta sahibini bir araya gətirmişdi. Superyaxtalar zənginlərin imicinin bir hissəsidir və bu məsələdə rus milyarderlər də istisna deyil. “Forbes”-un ən varlıları siyahısında olan Roman Abramoviç, Vladimir Potanin, Dmitri Pumpyanski, Dmitry Rıbolovlev və digər ruslara məxsus yaxtalar da şouda iştirak edir.

“Eurochim” şirkətinin həmtəsisçisi Andrey Melniçenko dünyanın ən böyük və ən ekstravaqant yaxtasının sahibi olaraq qalır. Onun yaxtasının dəyəri demək olar ki, yarım milyard dollardır və uzunluğu 143 metr, hündürlüyü 100 metrə çatır.

“Monaco Yacht Show” koronavirusun ilk qurbanı deyil. Avtomobil istehsalçıları üçün ən vacib hadisə olan Cenevrə Beynəlxalq Avtoşousu da iki illik ləğv edilir. Zərərlər təşkilatçıları sərgi hüquqlarını başqa bir şirkətə satmağa məcbur edir. Cədvələ əsasən, sərgi mart ayına planlaşdırıldı və pandemiya səbəbiylə təxirə salındı. Lakin dünyanın ən nüfuzlu avtomobil sərgisi olan Cenevrə Beynəlxalq Avtomobil Sərgisi 2021-ci ildə də baş tutmayacaq. Bunu Cenevrədəki sərginin təşkilatçısı - Beynəlxalq Avtomobil Salonu Fondu açıqlayıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - Video

Azərbaycanda meymunçiçəyi virusuna yoluxanlar var? - Açıqlama - Video

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

“Arsenal”ın futbolçusu yeni rekorda imza atıb

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Ən çox oxunanalar