Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov niyə kölgəyə çəkilib?

Fveralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində deputat seçilən Oqtay Əsədov bu dəfə spiker ola bilmədi...

Xatırladaq ki, o postunu Sahibə Qafarvoyava təhvil verməli oldu. Bundan sonra isə kölgəyə çəkildi. Hətta Milli Məclisin iclaslarına belə qatılmadı. Onun bu addımı əvvəlcə koronavirus pandemiyası ilə izah edilirdi. Oqtay Əsədovun 65 yaşı var və o rüsk qrupuna daxildir.

Martın 24-də tətbiq edilən xüsusi karantin rejiminin birinci mərhələsində yaşı 65 və ondan artıq olan şəxslərin çölə çıxması qadağan edilirdi. Həmin vaxt Oqtay Əsədovun da bu səbəbdən iclasa qatılmadığı bildirilirdi. Lakin sonradan bu qadağa götürüldü. Milli Məclisin yaşlı deputatları da iclaslara qatılmağa başladı. Hətta parlamentin ən qoca deputatları 82 yaşlı Fəttah Heydərovla 80 yaşlı Ziyad Səmədzadə də iclaslara qatıldı, amma Oqtay Əsədov yenə də görünməz oldu.

Keçmiş spiker iclaslara qatılmaması barədə mülahizələrə də reaksiya verməyərək dərin sükuta qərq olmaq yolunu tutdu. Oqtay Əsədovun susması onun növbəti dəfə spiker olmadığına görə Milli Məclisin iclaslarına qatılmaması barədə iddia və ehtimalların inandırıcılıq dərəcəsini bir qədər də artırdı.

Nəhayət, keçmiş spiker bu günlərdə “Facebook” üzərindən sükutu pozdu. Amma bu, onun iclaslara qatılmaması barədə deyilənlərlə bağlı deyildi. Oqtay Əsədovun paylaşımı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tənqidinə həsr olunmuşdu.

Yazdıqları əsasən ölkə başçısı İlham Əliyevin AŞ PA barədə bir müddət əvvəl səsləndirdiyi tənqidlərin təkrarından ibarət idi. Ölkə başçısı Gəncə və Mingəçevirdəki çıxışları bu mövzunu artıq gündəmdən çıxarıb. Yəni, Oqtay Əsədovun paylaşımı faktiki olaraq gecikmiş dəstək idi.

Lakin ictimaiyyəti maraqlandıran bu deyil. Oqtay Əsədovun Milli Məclisin iclaslarına qatılmamasının səbəbi onun ölkə başçısının fikirlərinə gecikmiş dəstəyindən daha maraqlıdır.

Yuxarıda qeyd etdik ki, keçmiş spikerin iclaslara qatılmaması ilə bağlı əsas versiya onun küskünlüyü ilə bağlıdır. O spiker postunu itirməsinin həzm edə bilmir. 14 il spker olduğu Milli Məclisdə sıravi deputat kimi təmsil olunmağı özünə rəva görmür. Virtual fəaliyyəti daha üstün tutur.

Qeyd etdiyimiz kimi keçmiş spiker hələ bu məsələyə aydınlıq gətirməyib. O, susmaqla sanki iddiaların əsassız olmadığını nümayiş etdirmək istəyir.

Oqtay Əsədovun iclaslara qatılmamasını səhhətindəki problemlərlə də əlaqələndirənlər var. İddia olunur ki, keçmiş spiker şəkərli diabetdən əziyyət çəkir. Bununla belə, vəziyyət o qədər də kritik deyil. Yəni, səhhəti iclaslara qatılmasına problem yaratmır.

Ona görə də bu ehtimal o qədər də qəbul olunmur.(yeni sabah)

pia.az


Etiket: Oqtay Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar