Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDU: "Yayılan məlumatlar əsassızdır"

Bakı Dövlət Universitetindən açıqlama verilib...

26 iyun 2020-ci il tarixində “Rublika.az” saytında Bakı Dövlət Universitetində (BDU) karantin qaydalarını pozaraq ad günü tədbirinin keçirilməsi ilə bağlı həqiqəti əks etdirməyən, yalan və qərəzli informasiya yer alıb. Bu iddiaların heç bir əsası yoxdur və BDU-nun, o cümlədən İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Jurnalistika fakültəsi Tədris teleradio studiyasının fəaliyyətinə qərəzli münasibətin nəticəsidir.

Bu barədə Pravda.az-a Bakı Dövlət Universitetindən bildirilib.

Qeyd olunub ki, cari ilin 3 mart tarixindən etibarən ölkədə COVİD-19 pandemiyasının qarşısının alınması məqsədi ilə tətbiq olunan karantin rejimi ilə əlqədar olaraq bütün ali təhsil müəssiələrində, o cümlədən Bakı Dövlət Universitetində tədris prosesi dayandırılıb.

“BDU-da tədris prosesi məsafədən təşkil edilmiş, yalnız məhdud sayda əməkdaş işə cəlb olunub. Karantin dövründə Universitet ərazisinə daxil olan hər bir əməkdaşın giriş qapılarında temperaturu yoxlanılır, siyahıya alınır. Hazırda BDU-da yalnız onlayn imtahan sessiyasının təşkili ilə əlaqədar olaraq tərtib edilmiş siyahı əsasında məhdud sayda – əməkdaşların təxminən 4 %-ə qədəri işə cəlb olunub. Karantin rejimi dövründə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Tədris teleradio studiyası da öz fəaliyyətlərini onlayn şəkildə təşkil edib, pandemiya dövründə Universitetdə tədrisin təşkili, həmçinin elmi fəaliyyət, sosial aksiyalar və s. operativ və əhatəli işıqlandırıb, Universitet əməkdaşlarının əsas informasiya mənbəyi olub. Görünən odur ki, son ildə İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində, Jurnalistika fakültəsi və Tədris teleradio studiyasındakı yeniliklər, adıçəkilən qurumların öz fəaliyyətini müasir tələblər baxımından effektiv qurması kimlərisə narahat edir. BDU-da aparılan islahatları qəbul edə bilməyən, şəxsi maraqlarından çıxış edən ünsürlər “etibarlı mənbə” kimi bu cür dezinformasiyalar yaymaqla qarayaxma kampaniyasına əl atırlar” – məlumatda qeyd olunub.

Vurğulanıb ki, 21 iyun tarixi bazar günü olduğuna görə, həmin gün ümumiyyətlə Universitet ərazisinə heç bir əməkdaş daxil olmayıb.

“BDU ictimai nəzarətə hər zaman açıq bir qurumdur və maraqlananlar həmin günün videogörüntülərinə baxa bilərlər. Obyektiv, məsuliyyətli, etik və vicdanlı xəbərçilik prinsipləri ilə bir araya sığmayan, qaralama və dezinformasiya xarakterli yazılarını mətbuat azadlığı çərçivəsində qəbul etmək mümkün deyildir. İnformasiyanı paylaşmadan əvvəl mənbəyə istinad olunması, 3 mənbədən öz təsdiqini tapması və yalnız təsdiqini tapmış informasiyaları yayınlamaq etik və vicdanlı xəbərçilik prinsiplərinə uyğundur. İşgüzar nüfuza xələl gətirməyin yolverilməzliyi, eləcə də şəxsi nüfuzun qorunması prinsipləri professional jurnalist etikasının başlıca prinsipləridir. Bu prinsiplər eyni zamanda hüquqi tənzimləmləmə mexanizmində də öz təsbitini tapmaqdadır. Media, fəlsəfəsi yalnız həqiqət və obyektivlik üzərində qurulan və yalnız həqiqəti çatdırmağı qarşısına məqsəd qoymuş bir institut kimi, əsla şəxsi incikliyi və prinsiplərinin qurbanına çevrilmiş şəxslərin əlində qisas alətinə çevrilməməlidir. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Jurnalistika fakültəsi, Tədris teleradio studiyası olaraq bir daha bildiririk ki, işgüzar nüfuzumuza xələl gətirən bu “yazı”nın heç bir əsası yoxdur və məsələnin araşdırılması ilə bağlı hüquqi müstəviyə baş vurmaq haqqımızın olduğunu da nəzərinizə çatdırmağı özümüzə borc bilirik” – BDU-dan bildirilib.

pia.az


Etiket: BDU


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ən çox oxunanalar