Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kirayədə yaşayan iki uşaq anası məcburi köçkün Mehriban Əliyevaya müraciət etdi

Məcburi köçkün, hazırda Bakı şəhəri Binəqədi rayon Sulutəpə qəsəbəsində kirayədə yaşayan Mehdiyeva Mahizar Vidadi qızı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib...

 

İki uşaq anası Mahizar Mehdiyeva Birinci vitse-prezidentdən mənzil probleminin həll olunmasına kömək etməyi xahiş edib.

Müraciətdə deyilir:

Çox hörmətli Mehriban Əliyeva! Həyat yoldaşım, Çevik Polis Alayının kiçik çavuşu Cavid Mehdiyev 02.09.2019-cu ildə kirayədə yaşadığımız Sulutəpə qəsəbəsindəki evdə beyin damarlarının zədələnməsi nəticəsində vəfat edib. Mən hazırda iki övladım - Yağmur Mehdiyeva və Cavidan Mediyevlə birlikdə Sulutəpə qəsəbəsində kirayədə yaşayırıq.

Bilirəm ki, Prezident İlham Əliyev və Siz gecə-gündüz dayanmadan koronvirus pandemiyasıa qarşı mübarizə aparır, xalqımızın bu ağır bəladan itkisiz çıxması üçün çalışırsınız. Məhz İlham Əliyevin və Sizin səyləriniz nəticəsində ölkəmizdə koronovirus epidemiyasının yayılamsının qarşısı böyük ölçüdə alınıb.

Bir vətəndaş, məcburi köçkün ailəsi, atasız qalmış iki azyaşlı uşaq anası olaraq ümid yerim sizsiniz. Həyat yoldaşım Cavid Mehdiyev Bakı şəhər Yasamal rayon qeydiyyatında idi və Çevik Polis Alayında işləyirdi. 2019-cu ildə həyat qəfildən vəfat etdi və həmin gündən Bakıda kirayədə qalmağa məcbur oldum. Hazırda iki uşağımla birlikdə Sulutəpə qəsəbəsində kirayədə yaşayırıq.

Hörmətli Mehriban xanım! İki uşaq anası kimi, məcburi köçkün kimi sizdən xahiş edirəm ki, məcburi köçkünlər üçün tikilmiş "Qobu Park-3” kompleksində mənzillə təmin edilməyimə köməklik göstərəsiniz. Ümidim sizsiniz və inanıram ki, iki övladımla bizi bu çətin vəziyyətdən çıxardacaqsınız.

Hörmətlə məcburi köçkün ailə başçısı, iki uşaq anası Mahizar Mehdiyeva(qaynarinfo)

Əlaqə nömrəsi: (050) 759-09-49

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Ən çox oxunanalar