Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist: “Maddi imkanım çatmır, açdığım bulaqları dövlətə verəcəyəm” 

Şəhidlər bulağını görəndə dəli oldum...

Qobustan rayonunun Çüxanlı kəndinə getdim. Ora yollanmağımın səbəbi açdığım 12 bulağın su və motor problemlərini həll etmək idi. Şəhidlər bulağını görəndə dəli oldum. Zamanımın azlığından oradakı otları təmizləməyə imkan olmadı. Kəndin camaatına efir vasitəsilə üzümü tutub deyirəm ki, nəyə görə orada bir dənə də olsa gül əkməmisiniz? Hamısını mən gəlib etməliyəm?

Vaxt tapıb, kəndimizə gedəcəyəm, canım çıxacaq, oranı həm təmizləyib, həm də gül əkəcəyəm. Amma kəndimizin camaatının laqeyd münasibətini görəndə çox təəssüflənirəm. Siz şəhidlər bulağının qarşısına çıxanda orada otları görəndə ürəyiniz sızlamır? Demirsiniz ki, başqa bir şey edə bilməsək də, heç olmasa, otları təmizləyək? Məni öldürən bu məqamlardır. Heç nə istəmirəm ki… Bunları edin də, adi işdir”.

Bunları bu gün 47 yaşını qeyd edən Əməkdar artist Elnarə Abdullayeva ATV kanalında yayımlanan “Şou ATV” proqramında deyib.

Beş il əvvəl may ayında 12 bulaq açan sənətçi maddi vəsaiti yetərli olmadığından bulaqları dövlətin nəzarətinə verəcəyini açıqlayıb:

“Çox vaxt mənə deyirlər ki, bu, sənə lazım deyil. Niyə buna görə özünü öldürürsən? Başını bir az sakit saxla. Amma içimdəki qeyrət hissi mənə imkan vermir ki, bu məsələlərə gözümü yumum. Gedib belə şeyləri görəndə bağrım çatlayır, ölürəm. Ürəyim partlayır ki, kəndimizin camaatı niyə şəhidlər bulağını bu vəziyyətdə saxlayır?

Bu dörd ildə niyə bir dənə gül əkmədiniz? Mən, bədbəxtin qızı, hansını edim? Motoru, böyük transformatoru var, bulaqları nəzarətdə saxlayıram. Tək canımla nə qədər baxacağam? Həqiqətən, artıq maddi imkanım çatmır bulaqları saxlamağa. Dövlətin nəzarətinə vermək istəyirəm. Yollar bağlı olduğundan, zamanında gedib, ora dəyə bilmirəm”.(oxu.az)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar