Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısından haqqında yazılanlara reaksiya: "Erməni əsilli məxluqlar..."

Yalandır, uydurma və şayiədir...

"Demokrat.az saytında və həmin sayta istinadən bəzi saytlarda yayımlanmış “Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı – Şok siyahı” başlıqlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, uydurulmuş yazıya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə tərəfimizdən müraciət edilmişdir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir".

Daşkəsən Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin adından PİA.az-a daxil olan cavab yazısında belə deyilir.

Daşkəsən RİH nümayəndisinin reaksiyasında daha sonra bildirilir: "Erməni əsilli məxluqlar müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə bilərəkdən məkrli niyətlə yazılan yalan və böhtan xarakterli məlumatlarla Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin dövlət xadimi, siyasi rəhbər kimi işgüzar nüfuzunu ləkələməyə çalışırlar. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu kimi xəbərlər tamamilə yalandır, uydurma və şayiədir.

Kütləvi informasiya vasitələri ilə Baş prokuror hörmətli Kamran Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən və Daxili İşlər naziri hörmətli Vilayət Eyvazovdan xahiş edirik ki, bu qarayaxma kampaniyasına hüquqi qiymət verilsin, bilərəkdən yalan məlumat yayan saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün, təhqir və böhtan xarakterli məlumat yayanlar məsuliyyətə cəlb edilsin".

pia.az


Etiket: Əhəd Abıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ən çox oxunanalar