Türkiyədə bu gün daha 19 nəfər koronavirusdan ölüb...
Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 4711 nəfər ölüb. Yoluxma sayı 171 121-dir. Bu gün daha 3411 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 141 380 nəfərə çatıb.
pia.az