Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İlhamə deyirdi ki, Floranın heç vaxt uşağı olmayıb" - Brilliant Dadaşova

Prodüser Tarix Əliyevin (Tolik) Xalq artistləri İlhamə Quliyeva və Flora Kərimovanın mehriban vaxtlarının videosunu paylaşması qalmaqala səbəb olub...

Xalq artisti Brilliant Dadaşova yayımlanan videonun şərh bölməsinə mərhum müğənni ilə aralarında olan mübahisədən yazıb. İnsanlar isə Dadaşovanı tənqid edərək "Sağ olanda demirdiz" sözləri ilə qınayıblar.

Brilliant isə heç vaxt İ.Quliyevanı tənqid etməkdən çəkinmədiyini bildirib:

"Allaha and olsun ki, o, çox yalan, şər, böhtanı qorxmadan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb, qarnına balışı qoyurdu ki, guya hamilədi. Qızını o, doğmayıb. Flora xanımın qızı ona oxşamasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki, ağlıma gəlməzdi bir insan bu qədər şeytana qulluq edər. Bu söhbəti Floraya heç vaxt danışmamışam. Onun üzünə də bu sözləri yüz dəfə demişəm.Sağ olanda dediyim sözləri yanındakılar yaxşı bilir".

F.Kərimova Dadaşovanın sözlərini cavabsız qoymayıb. O, paylaşım edərək bunları yazıb:

"Brilliant xanım, sizin başınız heç də az çəkmədi ondan. Nə birinci idiz, nə də sonuncu. İndi söz düşüb bəzilərinin dilinə -“sağlığında bir söz deyə bilmirdilər”. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardız".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Ən çox oxunanalar