Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

"Bank sistemində ciddi irəliləyişə nail ola bilmədik"...

“Dövlət büdcəsi yalnız Maliyyə Nazirliyinin büdcəsi deyil. Elə suallar var ki, biz onu digər qurumların rəhbərlərindən də soruşmaq istərdik. Xüsusilə, bank sistemi ilə bağlı suallarım var idi”.

PİA.az xəbər verir ki, bunu parlamentin komitə iclasında Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bank sisteminin monitar siyasətin qorunması istiqamətində əhəmiyyəti var:

“Dövlət büdcəsinin icrasına daha dəqiq yanaşmalıyıq. Bir sıra hökumət üzvlərini çağırmalıyıq ki, suallarımıza cavab versin. Hazırda Mərkəzi Bankın rəhbərliyi burada yoxdur. Düzdür, 2019-cu ildə uçot dərəcəsində enmələr baş verdi. Ancaq 2019-cu ildə bank sistemində ciddi irəliləyişə nail ola bilmədik. Problemlər hələ də qalmaqdadır. Yüksək faiz dərəcələri, istehlak kreditlərinin qalıb. Bu da real sektorunun inkişafına təsir edib.

Mərkəzi Bank 2020-ci ildə həm uçot dərəcəsi, həm də real sektorun inkişafına diqqətdə saxlamalıdır. Bu yaxınlarda 4 bank bağlandı. Bunların hamısının birlikdə əmanəti 700 milyon manatdan artıqdır. Burada söhbət ancaq əmanətlərdən gedir. Doğrudan da, həmin banklarda vəsait varmı bu qədər əmanəti qaytarmağa? Yoxsa, yenə dövlət büdcəsinə müraciət edəcəklərmi? Mən açığı bankların bağlanmasının tərəfdarı olmamışam. Bunların birləşdirilməsi prosesi olmalıydı. İnsanlar kifayət qədər iş yerlərini itiriblər”.

Vahid Əhmədov həmçinin, insanların içməli su, o cümlədən, suvarma sistemləri ilə bağlı problemlərinin həlli üçün Maliyyə nazirinin ölkə başçısına məruzə etməsini istəyib.

Deputat sonra ölkədə ixracın yox səviyyəsində olduğunu vurğulayıb: “Sadəcə, neft və bir-iki kənd təsərrüfatı məhsulu ixrac edirik. Qalan heç bir sahədə, xüsusilə də sənayedə ixrac yoxdur. Bu gün ixrac üçün Azərbaycanda iri sənaye müəssisələrinin yaradılmasına ehtiyac var”.(Yenisabah.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar