Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə yerli təyyarə uçuşları başlayıb – Nazir

Türkiyədə koronavirus sonrası normallaşma dövrünün bu gün iyunun 1-dən başlaması ilə əlaqədar yerli təyyarə uçuşları bərpa olunub...

Bunu nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu İstanbuldan Ankaraya normallaşma dövrünü açan uçuşdan əvvəl İstanbul Hava Limanına epidemiya sertifikatının təqdimat mərasimində çıxışı zamanı bildirib.

Koronavirusla bağlı lazımi təhlükəsizlik tədbirlərinin görüldüyü hava limanlarına müvafiq sertifikatlar verildiyini deyən nazir hazırda ölkədə bu sertifikatı alan İstanbul, Sabiha Gökçən və Esenboğa, İzmir Adnan Menderes, habelə Antalya və Trabzon hava limanlarına uçuşların açıldığını, daha sonra digər hava limanlarının da normal fəaliyyətini bərpa edəcəklərini diqqətə çatdırıb.

O, hava limanlarında təhlükəsizlik tədbirlərindən danışaraq, ilk növbədə maska taxmaq, sosial məsafə saxlamaq, fərdi və təşkilati gigiyena tədbirlərinin görülməsini, işçi heyətinin də fərdi qoruma ləvazimatından istifadə etməsini başlıca şərt olduğunu bildirib.

Xatırladaq ki, Türkiyənin xarici xətlərində uçuşlar bu il martın 27-də, daxili xətlərdə isə aprelin 3-də dayandırılmışdı.

Xarici xətlərdə uçuşların bərpasına toxunan nazir bildirib: “Prezidentimizin rəhbərliyi ilə xarici uçuşları yenidən başlamaq üçün görüş və çalışmalarımız davam edir”.

Xarici ölkələrə uçuşların başlamça tarixinin isə koronavirusla bağlı cari vəziyyətə görə Nəqliyyat və İnfrastrukturu Nazirliyinin Elmi Komitəsi tərəfindən veriləcək tövsiyə əsasında təyin ediləcəyi vurğulanıb.

Bundan əvvəl “Türkiyə Hava Yolları” İdarə Heyətinin sədri İlkər Aycı xarici xətlərdə uçuşlarına iyunun 10-dan tez başlamayacaqlarını bildirmişdi. (report)

pia.az


Etiket: Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay