Əməkdar artist Zöhrə Abdullayeva "Xəzər TV" də yayımlanan "5\5" verilişində qonaq olub...
PİA.az xəbər verir ki, sənətçi oğlunu itirdikdən sonra 16 kiloqram arıqladığını bildirib: "Bu fələyin işidir, bilə-bilə arıqlamamışam ki. Arıqlamaq istəyəndə arıqlaya bilmirdim, amma fələk dedi ki, gör səni necə arıqladıram. 16 kilo arıqlamışam”.
Z.Abdullayeva tamaşaçıların qarşısına hər zaman yaxşı vəziyyətdə çıxdığını deyib:
“Mən tamaşaçıların qarşısında qəmli olmaq istəmirəm. Onsuz da problemlər çoxdur. Mən hər zaman çalışıram ki, tamaşaçıların qarşısına səliqəli, yaraşıqlı çıxım. Mənim balam da məni səliqəli, bəzəkli, yaraşıqlı görməyi çox sevərdi. Düzdür saçım ağarsa da, mənə elə gəlir ki, çox əldən getməmişəm, hələ ki, səhnəyə yaraşıram. Gözlərimin qəmi düzəlmir, o da ömrü boyu düzəlməyəcək”.
Xatırladaq ki, xanım sənətçinin oğlu 2018-ci ildə uzun sürən beyin xərçəngindən dünyasını dəyişib. Z.Abdullayeva oğlunun vəfatından sonra ifalarına ara vermişdi. O, ötən ilin noyabr ayından etibarən yenidən səhnə fəaliyyətini bərpa edib.
Həmin görüntüləri təqdim edirik:
pia.az