Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şuranın yeni videosu: “Göbələk təşkilat yaratmağa ehtiyac yoxdur”

Milli Şuranın Koordinasiya Mərkəzinin internetdə yayılan videokonfransında detallar var...

PİA.az-ın xəbərinə görə, söhbət zamanı “Azadlıq” qəzetinin baş redaktoru, Avropada yaşayan Qənimət Zahid Azərbaycanda bir qrup müxalif şəxsin yeni təşkilat yaratdığı barədə məlumat verib.

O qeyd edir ki, bununla bağlı “WhatsApp” qrupu yaradılıb və orada müzakirələr gedir. Söhbətdən o da məlum olur ki, “Milli Şura”çılar yeni təşkilatın yaranmasından narahat olublar. Yəni hesab edirlər ki, yeni qurum Milli Şuranın zəifləməsi fonunda yaranmaqla boşluqdan istifadə etməyə çalışır.

Hətta Gültəkin Hacıbəyli bunu xüsusi aqressiya ilə “fürsətçilik” adlandırıb və bildirib ki, "onların məqsədi Əli Kərimli ilə bir masa arxasında oturmaqdır". O hesab edir ki, həmin adamlar səmimi olsaydılar, gəlib Milli Şuraya qoşulardılar:

“Əli bəyin yoxluğunu doldurmaq üçün Milli Şuraya gəlmək lazımdır, başqa bir göbələk təşkilat yaratmağa ehtiyac yoxdur”.

Digər maraqlı məqam isə odur ki, bu barədə Q.Zahidə həmin qrupda təmsil olunan sabiq səfir Arif Məmmədov məlumat verib. Qənimət Zahidin dediyindən belə məlum olur ki, Arif Məmmədov onun həmin qrupdakı agentidir: “Arif Məmmədov mənə dünən axşam dedi ki, istəyirəm həmin oradan çıxam, mən isə dedim ki, bəy, hələ qalmağın məsləhətdir, qal görək söhbət nələrdən gedəcək”. (Report)

pia.az


Etiket: Milli Şura


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ən çox oxunanalar