Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Azərbaycana narkotik keçirilməsi cəhdləri intensivləşir –Səbəb?

Rəsmi məlumatlara görə son günlər İrandan ölkəmizə narkotik maddələrin keçirilməsi cədləri artıb...

Politoloq: “İranda narkotik çox yayılıb və təəssüf ki, bu da bizim cəmiyyətə neqativ təsir edir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert: “Görünür, sərhədlərdə bəzi məhdudiyyətlərin yumşalmasından daşıyıcalar yararlanmaq qərarına gəliblər”.

Son bir neçə gün ərzində İrandan ölkəmizə narkotik maddələrin keçirilməsi cəhdləri artmaqdadır. Rəsmi məlumatlara görə bu həftə 3 dəfə narkotacirlər sərhəddən gizli yolla narkotik keçirməyə cəhd ediblər. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatlarda göstərilir ki, 55 kiloqram 360 qram narkotikə oxşar vasitənin İran İslan Respublikasından Azərbaycan Respublikası ərazisinə gətirilməsinin qarşısı alınıb. 10 may tarixində Astara rayonunun Orucməhəllə kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olub, əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılıb. Çantada 3 ədəd bağlamada ümumi çəkisi 11,9 kiloqram olmaqla 4900 qram “Marixuana”ya, 3450 qram “Heroin”ə, 1550 qram “Tiryək”ə, 2000 qram “Metafetamin”ə, 3800 ədəd “Metadon M-40” həbinə oxşar vasitə aşkar olunub.

Həmçinin 10 may tarixində DİN əmək­daşları ilə birgə keçirilmiş əmə­liy­yat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxın­lı­ğın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kilo­qram “heroinə” oxşar vasitə aşkar olunub.

11 may tarixində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd pozuntusu qeydə alınıb. Qaçaqmalçı dövlət sərhədindən qanunsuz keçirdiyi əşyaları ataraq geri qaçıb. Həmin əşyalara baxış keçirilib, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram “tiryək”ə, 16305 qram “heroin”ə, 2415 qram “marixuana”ya oxşar vasitə aşkar olunub.

İranAzərbaycanın sərhəd xidmətləri bu məsələləri dəfələrlə müzakirə etsə də, rəsmi qurumlar əvvələr hər həftə, son zamanlar isə demək olar ki, hər gün İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır.

Bütün bu məlumatlar onu göstərir ki, İranda Azərbaycanı tranzit ölkəsinə çevirməyə çalışan şəbəkə fəaliyyət göstərir və təbii ki, bu şəbəkənin Azərbaycanda da üzvləri var. Əks təqdirdə İrandakı narkotacirlər intensiv şəkildə Azərbaycan sərhədlərini pozmağa çalışmazdı.

PİA.az-ın əməkdaşı Azərbaycanın narkotranzit ölkələrindən birinə çevrilmək təhlükəsini sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayılİrana yaxından bələd olan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “İrandan Azərbaycana intensiv şəkildə narkotikin gəlməsi beynəlxalq aləmdə bizim imicimizə zərbədir”.

Azərbaycanın əsas narkotranzit ölkələrindən birinə çevrilməsi məsələsinə bir sıra prizmadan yanaşmağın lazım olduğunu vurğulayan politoloq Mübariz Əhmədoğlu PİA.az-a açıqlamasında bildirib ki, Azərbaycan narkotranzitin qarşısını təkbaşına ala bilməsi bir qədər çətin olacaq və bu üzdən də yardım almaq məqsədi ilə hökmən Avropa İttifaqı ilə danışıqlara getməlidir:

“Regionda narkotiklərin son illərdə geniş yayılmasının ilk növbədə səbəbini İranın daxilində axtarmaq lazımdır. Yəni İranın daxilində sosial-iqtisadi vəziyyət yaxşı deyil və bu vəziyyət getdikcə də pisləşir. İranda əhalinin müəyyən bir təbəqəsi, qurupu öz vəziyyətini düzəltməkdən ötrü narkotik vasitələri Azərbaycana sonra da Azərbaycan vasitəsilə ilə Avropa ölkələrinə çıxarmaq istəyirlər. Bu da o demək deyil ki, İran vətəndaşları ancaq Azərbaycan ərazisindən istifadə edirlər. Son zamanlarda İranın narkotacirlərinin Ermənistanda, Türkiyədə də aktivliyinin xəbərləri yayılır. Amma ən çox ağırlıq Azərbaycanın üstündədir.

Qeyd edim ki, son 10 gündə Azərbaycan sərhəddə İrandan gələn maşınların ölkəyə daxil olmasına icazə vermir. Yəni İrandan gələn yükləri Astarada, Biləsuvarda bizim maşınlara yükləyirlər və bizim sürücülər də sürüb gətirir. Narkotik qaçmaqaalçılığı ilə bağlı rəsmi məlumatların artması onu göstərir ki, İrandan Azərbaycana gələn yük maşınlarının bir qismindən narkotik maddələr aşkar olunur. İndi rəsmi Bakı sərhəddə nəzarəti ən yüksək səviyyəyə çıxardığı üçün görünür nakotacirlər başqa yola əl atırlar.

Məlumdur ki, İranda narkotik istifadəçilərinin sayı həddən artıq çoxdur. Bu da müsəlman cəmiyyətinə yaraşmır. İranda əhalinin təxminən 10-12 faizi narkotikə qurşanıb. Hətta bəzi Avropa dövlətlərinin metodologiyası ilə yanaşanda bu rəqəmi 30 faiz də demək olar. İranda narkotik çox yayılıb və təəssüf ki, bu da bizim cəmiyyətə neqativ təsir edir. Ola bilər ki, narkotik qaçmalçılığının sərhədlərimizdə intensivləşməsi Azərbaycanın beynəlxalq imicinə də mənfi təsir göstərsin.

Mübariz Əhmədoğlu: “Azərbaycanın narkotikanın daşınması üçün əsas tranzit ölkələrindən birinə çevrilməsi təhlükəsi var. Bu təhlükə cənub zonasında özünü göstərir”.

Azərbaycanın əsas narkotranzit ölkələrindən birinə çevrilməsi məsələsinə bir sıra prizmadan yanaşmaq lazımdır. Azərbaycan narkotranzitin qarşısını təkbaşına ala bilməsi bir qədər çətin olacaq və bu üzdən də yardım almaq məqsədi ilə hökmən Avropa İttifaqı ilə danışıqlara getməlidir. Bildiyimiz kimi Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”na üzv olan ölkələrdə vahid iqtisadi zona yaratmaq niyyətindədir. Burada tranzit, komunikasiyanın məsələləri öndə olacaq və xüsusi əhəmiyyət daşıyacaq. Buna görə də biz hökmən bu problemi Avropa İttifaqı ilə müzakirə etməli və narkotranzitin qarşısının alınması üçün Avropa Birliyindən yardım almalıyıq.

Onu da qeyd edim ki, Azərbaycanın narkotikanın daşınması üçün əsas tranzit ölkələrindən birinə çevrilməsi təhlükəsi var. Bu təhlükə cənub zonasında özünü göstərir. Yəni həm İrana, həm Ermənistana xidmət edən qruplar var və o qruplar hal-hazırda Rusiyada yaşayırlar. Rusiya ərazisində yaşamalarına baxmayaraq onlar ən çox İrana və Ermənistana bağlıdırlar. Bu qruplar sərsəm iddilar irəli sürür və iddia edirlər ki, Azərbaycan hökuməti bilərəkdən cənub zonasını narkotik ibazarına çevirir. Bunun da səbəbin onunla izah edirlər ki, guya hökumət istəyir ki, cənubda olan etnik quruplar daim narkotikdən istifadə etsinlər və sağlam düşünə bilməsinlər. Həmin quruplar var gücləri ilə çalışırlar ki, bu məsələ Rusiya mətbuatında həmişə gündəmdə olsun.

Buna görə də İrandan Azərbaycana narkotikin gəlməsi beynəlxalq aləmdə bizim imicimizə zərbədir. Kimlərsə bu pis imici Azərbaycana yapışdıra bilər. Ona görə də Azərbaycan höküməti narkotiklərə qarşı amansız və güzəştsiz mübarizə aparmalıdır ki, heç kim cəzadan yayına bilməsin.

Mübariz Əhmədoğlu: “İranda bir neçə vəzifəli şəxs elə bu işlərlə məşğul olurlar və buna görə də narkotacirlər Azərbaycan sərhədinə qədər rahat şəkildə gələ bilirlər”.

Həmçinin də həmin quruplar Bakıdan xəbərləri olmayan-olmaya deyirlər ki, guya Azərbaycan koronavirusla bağlı bütün hospitalları Lənkəranda və Qusarda tikib. Biz bilməliyik ki, bizim çox hiyləgər qonşularımız var. Hətta öz içimizdən müəyyən bir qurup adamlar da onlara nökərçilik etməklə məşğuldurlar.

İranAzərbaycan arasında müəyyən narazılıqlar ola bilər. Həmçinin İranın Azərbaycana, Azərbaycanın da İrana qarşılıqlı müəyyən iradları ola bilər. Amma hər şeyin bir həddi var. Mən hesab eləmirəm ki, narkotacirlərə İran höküməti dəstək verir, lakin İran tərəfi də sərhəddə nəzarəti gücləndirməli və narkotacirlərin Azərbaycan sərhədinə qədər gəlib çıxmalarına imkan verməməlidirlər. Mən çox təəssüf hissi ilə qeyd edirəm ki, İranda bir neçə vəzifəli şəxs elə bu işlərlə məşğul olurlar və buna görə də narkotacirlər Azərbaycan sərhədinə qədər rahat şəkildə gələ bilirlər”.

İlham İsmayıl: “Koronavirus dövründə sərhədlərin bağlanması bu tranzitin intensivliyini aşağı salıb”.

Azərbaycan İrandan çıxarılan narkotik maddələrin əsas tranzit ölkəsi olmadığını nəzərə çatdıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə PİA.az-a açıqlamasında əlavə edib ki, Avropa və başqa ölkələrə aparılan narkotik maddələrin müəyyən hissəsinin bizim ölkədən keçirilməsi haqqında zaman-zaman məlumatlar yayılır. Lakin Azərbaycandan Avropaya keçirilən narkotikin həcmi elə də böyük deyil:

Azərbaycana narkotik maddələrin əsasən İrandan gətirildiyi sirr deyil. Azərbaycan İrandan çıxarılan narkotik maddələrin əsas tranzit ölkəsi olmasa da, Avropa və başqa ölkələrə aparılan narkotik maddələrin müəyyən hissəsinin bizim ölkədən keçirilməsi haqqında zaman-zaman məlumatlar yayılır. Lakin Azərbaycandan Avropaya keçirilən narkotikin həcmi elə də böyük deyil.Ola bilər ki, hansısa qüvvələr son zamanlar intensivliyi artırsın.

Görünür ki, narkotacirlərin gizli yollarla sərhədi keçməyə cəhd eləmələri koronavirus dövründə sərhədlərin bağlanması və ciddi nəzarətə götürülməsi ilə bağlıdır. Ənənəvi yollardan yararlana bilməyəyən narkotacirlətçilər tranzit problemini həll etmək üçün başqa yollara əl atırlar və bu da onların daha çox nəzərə çarpmasına səbəb olub”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay