Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bişkek protokolundan 26 il keçir...

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə yazır...

Ermənistanla Azərbaycan arasında Bişkek protokolu adlanan ilk atəşkəs sazişindən 26 il ötür. Bu 26 il ərzində danışıqlar prosesində Azərbaycanın gözləntiləri əldə edilməyib. Ermənistan tərəfi bütün danışıqlar prosesini hərvəchlə sabotaj edib. Bişkek protokolu sülh sazişi və daimi atəşkəsin qorunması anlaşması deyil. Bu müvəqqəti və müddətsiz bir sazişdi.

Qeyd edim ki, Azərbaycan istənilən vaxt danışıqlarda müsbət nəticə əldə etməsə, hücum etmək iqtidarını özündə saxlayır. 2016-ci il Aprel döyüşlərində Bişkek protokolunun Azərbaycan üçün önəmli bir saziş olmadığı aydın oldu. Və bununlada, bu atəşkəs sazişi qüvvədən düşmüş sayılmalıdır. Yenidən Moskvada AzərbaycanErmənistan Baş qərargah rəsiləri Rusiyanın vasitəçilyi ilə yeni atəşkəs sazişi bağladılar. Bu, Moskva sazişidir və burada danışıqların davam etdirlməsi təsbi edilib. Göründüyü kimi Ermənistan danışıqlarda maraqlı deyil. Bundan əlavə Moskva sazişinin də Azərbaycan üçün hüquqi öhdəliyi olmamalıdır və bu Azərbaycanın hücum etməmək öhdəlyini üzərinə almır. Növbəti dəfə Azərbaycan Ermənistana zərbə endirəcək. Bu, qaçılmaz prosesə gəlib çıxır.

Azərbaycan Rusiya ilə danışıqlar aparır. Hələki müsbət dinamika yoxdur. Türkiyənin bizə köməyi lazım olmalıdır. Ankara Liviyada, Suriyada öz geosiyasi maraqlarını güclü müdafiə edərək, demək olar ki, öz mövqelərini gücləndirib, bütün döyüşlərdə qələbə əldə edir.

Artıq, Qarabağ münaqişəsi çox uzun sürdü. Halbuki, bu münaqişə çox asan bir həll varinatına malikdir. Sadəcə, bu həll varinatlarının qarşısını Moskva alıb. Ankara Suriyada, Liviyada və İraqda necə prinsipial mövqe ortaya qoyub, Rusiya və digər ölkələr Türkiyə ilə razılaşırsa, Cənubi Qafqazda, xüsusilə Qarabağ məsləsində də razılaşa bilərlər. Bu aksioma deyil. Praktik həll variantıdır.

Qeyd etdiyim kimi Qarabağ məsləsinin həlli çox sadədir. Bunu çətin münaqişə adlandıran Ermənistanın propaqandasıdır. Azərbaycan mətbuatı və siyasi çevrələr Qarabağ münaqişəsinin asan həll yolunu daima qabardmalıdır və Türkiyə faktorunu önə çəkməlidir.

Azərbaycan regionda Rusiyanın geosiyasi maraqlarını bu illər nəzərə aldı, amma, Qarabağ məsləsində heç bir addım atmır. Baxmayaraq ki, Rusiya ilə dostluq və qonşuluq əlaqələri yüksək səviyyədədir. Hər iki ölkə arasında heç bir problem yoxdur . Fikir ayrılıqları, yalnız Qarabağ məsələsində haçalanır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ağstafada məktəbdə özbaşınalıq: Direktor məktəbi diskotekaya çevirib

Ən çox oxunanalar