Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dünyanın ən yaşıl şəhərləri” seçilib - Siyahı

Avstriyanın paytaxtı Vyana şəhəri 2020-ci il üzrə “Dünyanın ən yaşıl on şəhəri” renkinqində birinci yerə layiq görülüb...

Azərtac xəbər verir ki, renkinq Kanada-amerikan konsaltinq şirkəti “Resonance“ tərəfindən hazırlanıb. Renkinqdə dünyanın 100-dən artıq şəhərində park və ictimai yaşıllıqların şəhərin ümumi sahəsində pay nisbəti, bərpa olunan enerji mənbələrindən istifadə, havanın təmizliyi, piyadalar üçün yollar, ictimai nəqliyyat və eləcə də regional məhsulların təqdim olunduğu bazarlarla bağlı vəziyyət araşdırılıb.

“Dünya günü”nün 50 illik yubileyi münasibətilə tərtib olunan siyahıda Vyanadan sonrakı yerlərdə Münxen, Berlin və Madrid şəhərləri dayanır. İlk onluğu San Paulu (Braziliya), Mançester (Böyük Britaniya), Lissabon (Portuqaliya), Sinqapur, Amsterdam (Niderland Krallığı) və Vaşinqton (ABŞ) şəhərləri tamamlayır.

Vyana şəhərinin qalib gəlməsində əsas faktorlar arasında bu şəhərdə tətbiq olunan müasir mobillik ideyaları və ictimai parkların çoxluğu ön planda dayanıb. Vyananın üstünlükləri arasında Dunay Subasarı Milli Parkının bir hissəsinin şəhər ərazisinə də düşməsi olub. Şəhərin Vyana meşələrinin əhatəsində olması da hər metropolda rast gəlinməyən hal kimi dəyərləndirilib.

Vyana Şəhər Meriyasının məlumatına görə, şəhər ərazisinin 53 faizi “yaşıl zona“dan (ictimai və özəl parklar, meşə və çəmənliklər) ibarətdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar