Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə ancaq Alimpaşa şələsi fırlanır - İlginc iddialar, Video

Bəzi ittihamları milli mentalitetimizə zidd hesab etdiyimizdən yayınlamırıq...

Şəmkirdən redaksiyamıza edilən şikayətlərin ardı-arası kəsilmir. Əldə etdiyimiz video-etiraflar arasında torpağı zorla əlindən alınan vətəndaş gileyindən tutmuş, rayon İcra Hakimiyyətində qeyri-əxlaqi və ürəkbulandırıcı hadisələrə qədər ən müxtəlif ittihamlara rast gəlmək olar. Bəzi ittihamları milli mentalitetimizə zidd hesab etdiyimizdən yayınlamırıq.

Bu dəfəki buraxılışımızda isə Şəmkir rayonunun Əliyaqublu kənd sakini Qurbanov Şahmar Eldəniz oğlunun başına gələn müsibətlərdən bəhs edəcəyik.

Qurbanov Şahmarın dediyinə görə, 2017-ci ildə Alimpaşa Məmmədovun oğlu Adil Məmmədovun Az Farel” MMC balıqyetişdirmə müəssisəsində işə düzəlir. Hardasa bir il bu müəssisədə müqaviləsiz işləyir, 2018-cu ildə rəsmən işə götürülür. Baytar həkim olan şikayətci bu müəssisədə həm baytar, həm də fəhlə əvəzinə tər tökür. Məmmədovların qul kimi işlətdiyi Şahmar bir müddətdən sonra bu amansız istismarın qurbanına çevrilir.



Onun iddasına görə, müəsəssisədə əli yemüyütmə aparatında qalır və barmaqlarını itirir. Alimpaşanın birbaşa iştirakı ilə aldadılaraq məhkəmə orqanlarına şikayət etməsinin qarşısı alınır. Ona susması müqabilində verilən vədlər isə yerinə yetirilmir. Şahmar da öz hüquqları uğrunda mübarizəyə başlayır. Döymədiyi qapı, gəzmədiyi ünvan qalmır. Nəhayət, Birinci vitse prezident Mehriban Əliyevanın qəbuluna düşməyi bacarır.

Mehriban xanım onun şikayətinə ədalətlə baxılması üçün müvafiq qurumlara göstəriş verir. Bu göstərişdən sonra işlə maraqlanan qurumlar şikayəti Şəmkir rayon məhkəməsinə göndərməyi məsləhət bilirlər. Beləcə, quzu qurda tapşırılır. Qərar da elə gözlənildiyi kimi qurdun quzu qarşısındakı ədaləti qədər olur: məhkəmə 9 aylıq süründürməçilikdən sonra cüzi kompensasiya ilə iş qabiliyyətini 80% itirən Şahmarı başından edir.

Şikayətçi bu səfər Gəncədəki Apellyasiya məhkəməsinə müraciət edir. Alimpaşa bu məhkəmə instansiyasını da ələ ala bilir. İş yenidən ibtidai istintaqa göndərilir və hər şey yenidən başlayır.

Bir sözlə, zavallı Şahmar Qurbanovun Mehriban xanıma etdiyi şikayət də nəticəsiz qalır. Çünki Şəmkirdə ancaq Alimpaşanın şələsi fırlanır.

Gəlin, ən yaxşısı, təfsilatı Şahmar Qurbanovun öz dilindən eşidək.(ovqat.com)

pia.az


Etiket: Şəmkir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Ən çox oxunanalar