Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yelo Bank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir...

Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflıq və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan verilən xəbərə görə, belə tədbirlərdən biri kimi “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bankın 12 saylı filialının direktoru Şükür Həsənovun filialın xəzinədarı Babək İbrahimli ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə 2017-ci ilin yanvar ayından etibarən vətəndaşların razılığı olmadan qanunsuz olaraq pul vəsaitlərinin mübadiləsini, o cümlədən 19 fiziki şəxsin xəbəri olmadan onların adlarına əməliyyatlar apararaq ümumilikdə 190 min ABŞ dolları məbləğində qanunsuz valyuta alışı əməliyyatlarını həyata keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Ən çox oxunanalar