Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus ABŞ-ın xilaskarına çevrilir

Kəşfiyyat qurumlarının 6 ölkə haqda Pompeoya hesabatında nələr olub?..

Ərgün Dilər

“Takvim”, Türkiyə, 05 may 2020-ci il

Koronavirusla başlayan dalğanın rəngi yavaş-yavaş aydınlaşmaqdadır. Ötən gecə önəmli bir addım atıldı. Pompeo dedi ki, “Günahkar Çindir. Virus Uhandakı laboratoriyadan sızdı. Və onun yayılmasının qarşısı alınmadı. Nə lazımdırsa, ediləcək”.

Ardınca “Beş Göz” (“The Five Eyes”) kimi tanınan kollektiv kəşfiyyat qurumunun digər üzvləri olan İngiltərə, Kanada, Yeni Zellandiya və Avstraliya da ABŞ kəşfiyyatı ilə eyni fikirdə olduqlarını elan etdilər. Bu, son dövrün ən önəmli hadisəsidir. Çin üçün pis, həm də çox pis xəbərdir.

Koronavirus nə üçün yaradıldı? ABŞ Prezidenti Tramp və Xarici işlər naziri Pompeo virusun Çində yaradıldığını, laboratoriyada hazırlandığını söyləyərkən nə planlaşdırırdı?

Amerika Kəşfiyyat və Araşdırma Bürosu Xarici işlər naziri Pompeoya tabedir. Pompeo, vəzifəyə başladığı ilk həftədə bürodan 6 ölkə ilə bağlı hesabat istədi. Bu ölkələr Çin, Rusiya, İngiltərə, Türkiyə, Venesuela və İran idi.

Baxdıqda görürük ki, bu 6 ölkənin 3-ü neft istehsalçısı, biri istehsal bazası, digəri isə Avropanın əfəndisidir. Türkiyə isə strateji mövqeyinə görə önə çıxmaqdadır. Orta Şərq, Avrasiya, Aralıq dənizi və Qara dəniz üzərindəki bir təyyarə gəmisini andırır. Bu da böyük gücdür.

Detallı hesabatlar hazırlandı və Vaşinqtonun qərarları yavaş-yavaş ortaya çıxmağa başladı. Tədricən biz də bunları görməyə başladıq. Təsadüf olmayan bir həqiqət də odur ki, Pompeo vəzifəyə gəldikdən sonra Çin, Rusiya, İngiltərə, Türkiyə, Venesuela və İran hədəf seçildi.

Əslində, ABŞ-la İngiltərənin qarşı-qarşıya gəlməsi qeyri-adi bir durum idi. Daha doğrusu, onların arasındakı gərginlik daima üstüörtülü qalardı. İngiltərə Çinin milli təhlükəsizliyini təmin edirdi. Çin də istehsal edib Avropaya yollayır, beləliklə də Avropaya nəzarət dolayısıyla Londona keçirdi. Fransa və Almaniya Çindən idxal etməli olurdu.

Buna görə də öncəlikli olaraq İngiltərə ilə görüşməli olurdular. Ola bilsin, Kraliça və komandası ilə yox, hökumətlə daima təmas halında olurdular. Mənzərə belə idi.

ABŞ-ın kəşfiyyat qurumlarına məsləhətçilik edən Pompeonun dostu Metyu Berrouz “Çinin böyüməsi doğrudur. Bizim üçün risk yaratması da doğrudur. Ancaq ən böyük iqtisadi güc olmaqla hər şey bitmir. Rəqibini yıxmalısan. Yalnız o zaman iqtisadi baxımdan da supergüc kimi qala bilərsən” dedi.

Berrouz Çinə “Supergüc olma xəyalından vaz keçməlisiniz!” deyərək, xəbərdarlıq etdi. Berrouz hələ illər öncə bunu söyləyərkən, virusdan xəbəri yox idi, lakin bir planın hazırlandığından əmin idi.

İndi Çin üçün böyük problemlər başlayır. 20 trilyon dollarlıq təzminat tələbləri ortalıqda dolaşır. Çin tam nəzarət altına alınacaq. Çin artıq əvvəlki kimi ixracat və idxalat edə bilməyəcək. Təzminatın miqdarı və alınma forması da artıq Vaşinqtonda hazırlanır.

Çin virusu gizlətdimi? Bəli. Ancaq SARS və MERS virusu ilə bağlı olaraq da eyni yolu seçmişdi. Bu iki virusla da ciddi sayda ölümlər olmuşdu. SARS və MERS virusu üzündən bir çox Avropa ölkəsində də ciddi sayda ölümlər olmuşdu. Ölüm səbəbi kimi, mövsümi qrip virusu göstərilmiş və mövzu qapadılmışdı.

Deməli, ABŞ koronavirus pandemiyası ilə dünaynın idarəçilik sistemini dəyişdirməyə qərar veribdir. Bunun üçün ABŞ-ın rəsmi borcu olmamalıdır. Yəni, 23 trilyon dollardan çox xarici borcu olan və büdcəsi hər il 1 trilyon dollar açıq verən ABŞ buna çox duruş gətirə bilməzdi. Belə bir ölkə hakim güc ola bilməzidi. Olsa da, qala bilməzdi. Neft istehsal edən ölkələri işğal edərək bu problemi həll edə bilməzdi. Bu səbəblə, ABŞ öz təcili planını dövrəyə soxdu. Əməliyyat tamamilə iqtisadi xarakterli idi. Amma bunu başa düşməyən adamların sayı dünən də, bu gün də çox idi.

Öncəlikli hədəf Çin idi. Ancaq Vaşinqton yeni sistemdə Rusiyaya da, ölümlə həyat arasında gedib gələn Venesuelaya da, hətta böyük güc olan İngiltərəyə də yeni rol verəcəkdi. Problem də elə burada ortaya çıxırdı.

İngiltərə Çinə yönəlik təzminat iddiası qaldırmağı düşünür. Ancaq İngiltərədə hələ güclü olan ailələrin, demək olar ki, hamısı Çinə qarşı planlaşdırılan bu strategiyaya qarşı çıxır. Bu da son dərəcə təbiidir. Çünki Çin, kitablarda yazılmasa da, İngiltərə ilə birlikdədir. Çindəki hər bir güclü ailə ingilislərlə ortaqdır. “Alibaba”-nın qurucusu Cek Ma, “Evergrande Group”-un rəhbəri Huey Ka Yan, Çinin ən önəmli dərman şirkəti olan “Jiangsu Hengrui Medicine”-in sahibi Sun Pi Aoyanq, tərpənməz əmlak divi “Country Garden”-in sahibi Yan Huyan kimi çox güclü iş adamları Londonla birlikdə qərar verirlər. Əslində, hamısının sərvəti Londonun idarəçiliyindədir. Bu, dəqiqdir.

ABŞ, Pompeonun idarəçiliyilə Çinə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi də planlaşdırır. Təzminatlardan əlavə, tətbiq ediləcək iqtisadi sanksiyalarla Londondakı ailələrin Çindəki qolunu kəsməyi düşünən Pompeonun bu məsələ ilə bağlı çox önəmli yol qət etdiyi də məlumdur. ABŞ-ın Londona yaxın olan çinli iş adamlarının heç bir ölkəyə gedə bilməməsi üçün həbsetmə qərarını əlində saxladığı da söylənilir. Vaşinqton həmin şirkətləri “qara siyahı”ya salmağı planlaşdırır. 50 Çin şirkətiylə bağlı iş aparılır. Ancaq çinli ailələr hələ Londona güvənir. Təbii ki, güvənməkdən başqa çarələri də yoxdur. Çünki əvvəllər adi bir həyat yaşayan bu şəxslər London tərəfindən seçildikdən sonra dollar milyarderi oldular. Bunun da qarşılığı ömür boyu bağlılıqdır. Əlbəttə, aralarında bəzi iş adamlarının Vaşinqtonla təmas halında olması haqqında kəşfiyyat məlumatı da olmamış deyil.

“Dərin Amerika”nın təlimatı ilə, Pompeonun rəhbərlik etdiyi komanda seçilən marşuruta sadiq qalaraq irəliləyir. ABŞ həm borclarından qurtulacaq, həm təzminat alacaq, həm istehsal-istehlak coğrafiyasını dəyişdirəcək, həm də yeni pulla sıfırdan başlayacaq. Yəni, yola yenidən formatlanaraq davam edəcək. Etmək istədiyi budur.

Amerikalılar böyük bir müharibə ilə edilməsi mümkün olmayan sistem dəyişikliyi etmək niyyətindədirlər. Hadisənin mahiyyəti budur. Əgər niyyətlərinə çata bilərlərsə, bir çox yerdə çox ciddi siyasi nəticələri olacaqdır. Bir maneə və ya müqavimətlə qarşılaşmazlarsa, çox şeyi dəyişdirəcəklər. Qaza basıb gedirlər. Hazırda durum belədir. Baxaq, görək, nələr olacaq…(Tərcümə Strateq.az)

pia.az


Etiket: Koronavirus ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Azərbaycan yanğınların qarşısının alınması üçün amfibiya tipli təyyarəsini Türkiyəyə göndərəcək

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - Video

Azərbaycanda meymunçiçəyi virusuna yoluxanlar var? - Açıqlama - Video

“Arsenal”ın futbolçusu yeni rekorda imza atıb

Ən çox oxunanalar