Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ünvanlı sosial yardımın verilməsi proseduru sadə olacaq - Yenilik...

H.Əliyev Fondunun rayonlarda ehiyacı olan insanlara yolladığı yardımların məmurlar tərəfindən mənimsənilməsi fonunda yeni qaydaların sosial yardımın həqiqətən ehtiyacı olanlara əlçatanlığını təmin edəcəkmi?..

İqtisadçı-ekspert: “Əgər Nazirlik korrupsiyada maraqlı deyilsə, o zaman sosial yardımın verilməsi tam şəffaf həyata keçirilməlidir və məlumatların dəqiqləşdirilməsi hamı ümün əlçatan olmalıdır”.

“Heç kəs ehtiyacı olmadığı şəraitdə sosial müavinatlar üçün müraciət etmir. Sosial müavinatlar üçün müraciət edənlərin əksəriyyətinin, həm sosial vəziyyəti aşağı səviyyədədir, həm də onların müasir texnologiyadan istifadə etmək imkanları zəifdir”

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı azaldılır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni layihə hazırlanıb.

Nazirlikdən verilən məlumata görə, layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq.

Müraciət zamanı əmək haqları, pensiya və müavinətlər, Prezidentin təqaüdləri ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənilməyəcək.

I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da vətəndaşlar tərəfindən daxil edilməsinə ehtiyac qalmayacaq.

Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar vətəndaşlardan istənilməyəcək.

Eləcə də ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri və s. kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq.

Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək.

Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq.

Göründüyü kimi ünvanlı sosial yardım almaq üçün tələblər çox idi. Sosial yardıma bu qədər tələbin qoyulması doğru idi. Ümumiyyətlə H.Əliyev Fondunun rayonlarda ehiyacı olan insanlara yolladıqları yardımların məmurlar tərəfindən mənimsənilməsi fonunda yeni qaydaların sosial yardımın həqiqətən ehtiyacı olanlara əlçatanlığını təmin edəcəyi nə qədər inandırıcıdır?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Yardımlara məmurların əl uzatmasının qarşısının alınmasının tək yolu var. Prosseslər tam şəffaflaşdırlmalıdır. O qədər şəffaflaşdırılmalıdıdr ki, məmurların kasıb malına əl uzatması imkansız olsun”.

Bu prosesə həmişə ictimai nəzarət etmək üçün sosial müavinat alanların, işsizlərin elektron bazasının yaradılmasının vacib olduğunu vurğulayan ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, əgər bu baza yaradılsa, heç kəs sui-istifadə edə bilməyəcək:

“Təbii ki, vətəndaşların sosial vəziyyəti ağırdır. Heç kəs ehtiyacı olmadığı şəraitdə sosial müavinatlar üçün müraciət etmir. Sosial müavinatlar üçün müraciət edənlərin əksəriyyətinin həm sosial vəziyyəti aşağı səviyyədədir, həm də onların müasir texnologiyadan istifadə etməkləri zəifdir.

Buna baxmayaraq onlardan çox saylı arayışlar tələb olunur. Həm də elektron varianta tələb olunur. Buna görə də prosedurların asanlaşdırılması hökumətin vəzifəsidir. Buna həmişə ictimai nəzarət etmək üçün sosial müavinat alanların, işsizlərin elektron bazası yaradılmalıdır. Əgər bu baza yaradılsa, heç kəs sui-istifadə edə bilməyəcək.

Bizdə hər kəs istəyir ki, dövlətdən nəsə alsın. Bunların qarşısının alınmasının yeganə yolu həmin siyahının şəffaf olmasıdır.

Nazim Bəydəmirli: “Son hadisələr statistikada olan bütün zəif nöqtələri üzə çıxardı”.

Sosial müavinat almaq üçün prosedurların sadələşdirilməsi müsbət haldır. Həmçinin qeyd etdiyim kimi informasiyaların əlçatanlığının şəffaf olması da vacibdir.

Son hadisələr statistikada olan bütün zəif nöqtələri üzə çıxardı. Şübhəsiz ki, ölkə başçısı buna sərt reaksiya verdi. İşsizlərlə bağlı 200.000 nəfərin müavinatla təmin olunması az oldu və bu iki dəfə artırıldı. Amma real rəqəmlər yenə də kifayət qədər yüksəkdir. Hesab edirəm ki, hökumət bu istiqamətdə addımlarını davam etdirəcək.

Sosial yardımların doğrudan ehtiyacı olan insanlar üçün əlçatan olması isə vacib və aktual məslədir. Yardımlara məmurların əl uzatmasının qarşısının alınmasının isə tək yolu var. Prosseslər tam şəffaflaşdırlmalıdır. O qədər şəffaflaşdırılmalıdıdr ki, məmurların kasıb malına əl uzatması imkansız olsun. Təbii ki, bu da Nazirlikdən asılıdır. Əgər Nazirlik korrupsiyada maraqlı deyilsə, o zaman sosial yardımın verilməsi tam şəffaf həyata keçirilməlidir və məlumatların dəqiqləşdirilməsi hamı ümün əlçatan olmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ən çox oxunanalar