Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobil bazarı “çökür” - Açıqlama

Koronavirus pandemiyası Azərbaycanda həm ənənəvi avtomobil bazarında, həm də onlayn avtomobil satışlarında aktivliyi demək olar ki, sıfıra salıb...

Bu barədə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynov bildirib ki, koronavirus iqtisadiyyatın bütün sahələrinə təsir göstərib:

“İqtisadiyyatın elə sektorları var ki, onlayn satış vasitəsilə ayaqda qalmaq imkanı var. Məsələn, kafe, restoran şəbəkələri, geyim və digər əşyaların satışı onlayn şəkildə satışlarını həyata keçirə bilərlər".

Ekspert vurğulayıb ki, ancaq onlayn avtomobil alış-satışında bu, mümkün deyil:

"Avtomobil hər hansı bir kiçik əşya deyil ki, rahat şəkildə aparıb çatdırsınlar. Azərbaycanda insanlar avtomobil almaq üçün birinci ona baxış keçirir, sonra aparıb avtomobil servislərində yoxlatdırır və sonra alır. Ancaq avtoservislər işləmədiyinə görə, bunları da etmək mümkün deyil. Digər tərəfdən isə rayonlardan çoxlu sayda insanlar gəlib Bakıdan avtomobil alırdılar. Ancaq rayonlararası və paytaxta giriş-çıxış məhdudlaşdırıldığı üçün insanlar gəlib avtomobil ala bilmirlər. Digər tərəfdən isə məlumdur ki, karantin rejimi səbəbindən insanlar mövcud avtomobillərindən belə istifadə edə bilmirlər. Belə olan tədqirdə, onların maşına maraqları yoxdur”.

Ekspert hesab edir ki, yaxın bir neçə ay ərzində avtomobil bazarında vəziyyətin düzələcəyini düşünmək olmaz:

“Bu gündən etibarən Azərbaycanda iqtisadi fəaliyyətin qismən bərpa edilməsinə başlanılır. Əgər may ayının ortalarına qədər vəziyyət tam olaraq bərpa olunsa belə, yaxın bir-iki ay ərzində maşın bazarında canlanma olmayacaq. Çünki insanlar əllərindəki vəsaiti xərcləməyəcəklər. Kimlərsə virusun ikinci dalğasından ehtiyat edəcək, kimlərsə bizneslərinin bərpası ilə məşğul olacaq. Ona görə də sentyabr ayına qədər fəaliyyət aşağı olacaq. Qiymətlərə gəlincə isə, bununla bağlı hazırda alış-satış olmadığına görə bir söz demək çətindir”.(Trend)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar