Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həyatımda yalnız Eynulla Fətullayevə  sillə vurmuşam...” – Həbsdəki MTN generalı

Keçmiş müstəntiq Rüfət Səfərovun həbsxanadan yazdığı silsilə yazılarda maraqlı bir məqam diqqət çəkir...

R.Səfərov yazır ki, ləğv edilmiş MTN-nin Antiterror İdarəsinin keçmiş rəisi, general Elçin Quliyevdən jurnalist Pərviz Həşimlinin həbsi, ona işgəncələr verilməsi ilə bağlı dedikləri barədə soruşub. Keçmiş idarə rəisi jurnalisti təkzib edərək deyib: “Yalan deyir. Mən həyatımda bir nəfərə sillə vurmuşam - Eynulla Fətullayevə... Ondan başqa xidmət etdiyim dövrdə heç kimlə sərt davranmamışam...”


Pərviz Həşimli isə MTN-də gördüyü işgəncələri belə təsvir edib: “Məni həbs edən günü bir neçə saat psixoloji təzyiq üçün xüsusi işgəncə otağına apardılar. Orada qəssab dükanlarında olan çarmığa bənzər xüsusi qurğu vardı. Əlləri sıxmaq üçün məngənəyə qədər qoyulmuşdu. Bu cür işgəncə otağını ancaq filmlərdə görmək olar. 3 saat bu otaqda qaldım. Alçaldıcı ifadələr, hədələr o qədər çox olurdu ki, bir dəfə İlqar Əliyevin (Elçin Quliyevin müavini, təcridxanada özünə qəsd edərək ölüb – red) masasının üzərindəki qayçını götürüb, özümə xəsarət yetirmək istədim. Sonrakı günlər karserə salınırdım. Bir dəfə isə məni paltarsız vəziyyətdə MTN-nin sonuncu mərtəbəsindəki gəzinti meydançasına saldılar. Qarlı bir gün idi. Möhkəm soyuqladım. “Amnesty İnternational” ayrıca bəyanatla çıxış edərək, MTN rəhbərindən mənə qarşı işgəncənin dayandırılmasını tələb etdi. Bundan sonra işgəncələr dayandı”.


Elçin Quliyevin dediklərinə Eynulla Fətullayevdən şərh almaq mümkün olmayıb.(azpolitika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə donduruldu

Sahib Məmmədov nazir müavini vəzifəsindən ayrıldı

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

“Veysəloğlu” ölkədən böyük pul çıxarıb – Hüquqşünas rəyi

Tanınmış həkim 2 min manata görə qətlə yetirilibmiş - Təfərrüat

Ziya Məmmədov vətəndaşın torpağını əlindən alıb – Şikayət

Kəlbəcərdə heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb - Rəsmi

Türkiyə Rusiya S-400 HHM sistemlərindən imtina edir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay