Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Qəhrəmanlının tələbi ilə Zümrüd Yağmurun mülklərinə həbs qoyuldu

AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun mülklərinə həbs qoyulub...

PİA.az xəbər verir ki, bu brədə Zümrüd Yağmur şəxsi "Facebook" hesabında paylaşım edib. O boşanma prosesi çərçivəsində həyat yoldaşı Fuad Qəhrəmanlının tələbi ilə onun mülklərinə həbs qoyulduğunu bildirib:

"Yaşadığım ev, adıma olan torpaq sahəsi və idarə etdiyim avtomobilin üzərinə həbs qoyulub, hətta maşının sürülməsi belə qadağan olunub. Hərçənd ki, buna ehtiyac yoxdur, çünki mülkün bölünməsinin vacibliyini bilirəm və qarşı tərəfə təklif etmişdim ki, ya bölgünü rəsmi qaydada edək, ya da öz aramızda razılaşma ilə... Öz aramızda həllin və mülkün satılıb əldə edilən gəlirin bölünməsinin daha məqbul olduğunu dedikdən sonra hər şey satışa çıxarılmışdı.

Amma sonradan hər şeyə həbs qoyulması qərarı ilə üz-üzə qaldım. Gözlənilməz idi, amma məsələ bu deyil. Açığı, heç vaxt maddiyyatçı olmamışam və hətta indi başqa bir yerdə yaşamaq imkanm olsa, bu evdən birdəfəlik imtina edə biləcəyimi də dəfələrlə söyləmişəm. Amma avtomobilin sürülməsinə qadağa qoyulması ən pisi idi, çünki mən şəhərdən xeyli uzaqda yaşayıram və qızım Sənay şəhərdə oxuyur, bütün hazırlıq kurslarına da şəhərdə gedir. Maşın mənə daha çox Sənayın məktəbə, kursa aparılması üçün lazımdır".

Zümrüd Yağmur maşının idarə olunmasına qoyulmuş qadağaının götürülməsi üçün məhkəməyə müraciət etdiyini lakin aprelin 15-də iddianın təmin edilmədiyini qeyd edib.(yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar