Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həkimdir ki, koronavirusu müzakirə edir?” – Keçmiş nazirdən Məmmədyarova tənqid

"Düşmən ölkələrin Xarici İşlər nazirləri arasında koronavirus mövzusunun müzakirəsi necə başa düşülməlidir?"...

Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Qorçakov Fondunun təşkil etdiyi "dəyirmi masa”da deyib ki, artıq danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini nəzərdə tutan bir sənəd mövcuddur. O xatırladıb ki, "Madrid prinsipləri”, "Kazan prinsipləri” adlanan 2010-2011-ci illərdə Rusiya tərəfindən hazırlanan sənədlər, eləcə də həmsədrlərin iştirakı ilə keçirilən və hazırda fəal müzakirə olunan, Azərbaycan, ErmənistanRusiya Xarici İşlər nazirlərinin keçən ilin aprelində Moskvada elan olunan layihələri var.

PİA.az xəbər verir ki, baş verənləri şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikrincə, əslində, Rusiya Xarici İşlər nazirinin sözügedən açıqlaması yeni bir şey deyil: "25 ildir danışıqlar prosesinin parametrləri dəyişməyib. Lavrovun bu məsələni yenidən qaldırmasına səbəb nə oldu? Qlobal pandemiya nəticəsində Rusiyaya ağır zərbə vuran iqtisadi böhran başladı və biz beynəlxalq münasibətlərdə də bu böhranı görürük.

Bununla da fövqəldövlətlərin regional məsələlərə diqqəti xeyli zəifləyib. Mövcud vəziyyət həm erməniləri, həm də Rusiyadakı ermənipərəst dairələri çox narahat etdi və buna görə də bir növ fəaliyyət göstərdiklərini təqlid etmək məcburiyyətində qaldılar.

Sabiq nazirin sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi, bəlkə də Qərblə Rusiyanın mövqelərinin bir çox cəhətdən üst-üstə düşdüyü yeganə mövzudur: "Dünyadakı mövcud vəziyyət və müxtəlif dairələrin buna reaksiyası Ermənistan ilə Azərbaycanın münaqişənin həlli üçün tək qaldıqlarını göstərir. Əvvəllər bütün bunlar Rusiya tərəfindən idarə olunurdu, amma Moskvanın Yerevana dəstəyi sual altındadır. Lavrovun sözügedən bəyanatı da ErmənistanRusiyanın münaqişənin həlli ilə bağlı mövqelərinin adekvat olmadığını göstərir”.

Zülfüqarov hesab edir ki, Rusiya Xarici İşlər naziri Ermənistan tərəfinin qəbul etmədiyi, 25 il əvvəlki açıqlamaları təkrarlayırsa, belə şəraitdə Rusiya silah almaq üçün Ermənistana kredit verməkdən imtina etməlidir: "Ancaq dünyadakı yeni vəziyyət bizə deyir ki, bundan sonra Rusiya bu kreditləri sadəcə Ermənistana verməyəcək və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul da olmayacaq. Yalnız etnik bir erməni olan nazir Lavrov bu istiqamətdə bir növ fəaliyyətini təqlid edə bilər”.

Bəs, niyə Azərbaycanın mövcud vəziyyətdən yararlanmaması və Qarabağ məsələsində daha sərt siyasət yürütməməsinə gəldikə, Zülfüqarov belə cavab verib: "Bu sual nazir Elmar Məmmədyarova ünvanlanmalıdır. Məmmədyarov ilə Mnatsakanyan arasındakı görüşdən sonra məlum olduğu kimi, bu gün tərəflər yalnız koronavirusu müzakirə edirlər. Düşmən ölkələrin Xarici İşlər nazirləri arasında koronavirus mövzusunun müzakirəsi necə başa düşülməlidir? Məgər, onlar həkimlər və ya virusoloqlardır?” (Unikal.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Ən çox oxunanalar