Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məyusam, son zamanlar ancaq yeməkdən, qarnımızdan danışırıq...” - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Bəhram Bağırzadənin “İnstagram” hesabında açdığı canlı efirinin qonağı olub...

“Oğlum Cahidin bir neçə həftə öncə təqdim etdiyi abituriyentlər üçün nəzərdə tutulan online dərs vəsaitinə küllü miqdarda pul xərclədim. Oğlumun çoxdanki arzusunu reallaşdırdım. Yaxşı ki, birlikdə bu layihəni həyata keçirdik. İndi onun həvəsi ilə yaşayıram. Amma məyusam, çünki son zamanlar ancaq kartofdan, yeməkdən, qarnımızdan danışırıq. Təhsil keçib ikinci plana. Hamı qışqır-bağır salıb, yeməkdən danışır. Amma ümid edirəm ki, gələcəkdə gənclər Cahidin bu layihəsindən bəhrələnib ali məktəblərə qəbul olacaqlar”.

PİA.az-ın xəbərinə görə, bu sözləri Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Bəhram Bağırzadənin “İnstagram” hesabında açdığı canlı efirinin qonağı olan zaman deyib.

Sənətçi hamının tez-tez ona ünvanladığı “Hansı yollarla arıq və formada qalırsız?” sualına aydınlıq gətirib:

“Mən saat 15:00-dan sonra qida qəbul etmirəm. Amma bu rejimə dərhal oturmaq asan deyil. Öncə gərək 20:00-dan sonra yeməyəsən və tədricən iki-üç saat bu zamanı artırasan. Ondan sonra ümumiyyətlə yemək istəməyəcəksən. Belə olan halda isə mədə kiçilir və artıq nəsə yemək istəmirsən. Fikirləşirəm ki, bütün xəstəliklərin (şəkər, təzyiq) səbəbi yeməkdəndir. Yeməyəndə insana heç nə olmur. Oğlum düz 20 saat ac qalır. Səhərdən başlayaraq saat 15:00-a kimi hər şey yeyirəm. Səhər yeməyini saat 09:00-11:00 arasında qəbul edirəm. Soyuducumda qatıq, göyərti və yaşıl alma var. Nə qədər onun içini ərzaqlarla dolu saxlasanız, bir o qədər çox yeyəcəksiniz”.

Xalq artisti söhbət əsnasında un məmulatlarının, xüsusən də çörəyin insan orqanizminə vurduğu ziyanlarından danışıb:

“Qarnı üçün vuruşan insanları heç zaman başa düşməmişəm. Nəfsimizə yiyə durmalıyıq. İnsan gərək az qida qəbul etsin. Gərək çalışasan ki, mədəni aldadasan. Çörək ətri dünyada ən gözəl qoxudur. Uzun zamandan bəri qida rasionumdan çörəyi çıxartmışam. Ürəyim çörək yemək istəyəndə belə onun ətrini qoxlayıram və qoyuram yerinə. Çörək çox ağır qida növüdür. Onu yeyəndən sonra mədə çox ağırlaşır. Həzm sistemi yavaşlayır. Məhz bu səbəbdən çörək yemirəm. İnsan yedikcə yemək istəyir. Atalar deyirdi ki, iştah diş altındadır. Yemədikcə iştahanız küsəcək”. (Oxu.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Ən çox oxunanalar