Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu York Tayms: Putin ABŞ-da xaos mühiti yaratmağa çalışır

ABŞ-ın və dünyanın aparıcı nəşri “Nyu York Tayms” qəzeti Rusiya prezidenti Vladimir Putini ABŞ-da xais yaratmaqda və koronavirusu yaymaqda ittiham edib...

Politoloq: “ABŞ-da epidemiyqnın tüğyan etdiyi bir vaxtda Rusiyayay qarşı bu ittihamların irəli sürülməsi əsasən iki ölkə arasında münasibətlərin pandemiyadan sonra yeni problemlərlə dolu mərhələyə qədəm qoyacağından xəbər verir”.

Rusiya çalışır ki, ABŞ-ın mövqeyi zəifləsin və dünya siyasətində rolu azalsın, daxili problemlərlə məşğul olsun”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Putinin ABŞ nəşrinin Nyu Yorkda koronavirusun daha da geniş yayılması üçün xaos mühiti yaratmağa çalışması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Pandemiya böyük dövlətlər arasında yeni gərginliklərin yaranmasına səb əb olub. Pekin və Vaşinqton bir-birilərinə qarşı sərt ittihamlar sürdükləri bir zamanda ABŞ-ın məşhur “Nyu York Tayms” qəzeti Putinə qarşı ağır itttihamlar irəli sürüb. Qəzet yazır ki, Putinin mediası sosial şəbədəki trolları amerikalıların dövlətə olan inamını sarsıtmaq üçün hər şeyi edir.

Qəzet iddia edir ki, “düşməni içindən dağıtmaq”, taktikası ilə hərəkət edən Putin Nyu Yorkda koronavirusun daha da geniş yayılması üçün xaos mühiti yaratmağa çalışır.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə “Nyu York Tayms” nəşrinin bu məqaləsini “ən mükəmməl dezo” adlandırıb və ABŞ adminstrasiyasından qəzetə qarşı tədbirlər görməyi tələb edib.

ABŞ-ın məşhur nəşrrndən Rusiyaya və şəxsən Putinə qarşı səsləndirilən bu ittihamlarla bağlı nə demək olar? Pandemiya dönəmində və sonra ABŞ-Rusiya qarşıdurması yeni mərhələyə qədəm qoya bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Bu gün dünyada bu pandemiyanın hökm sürdüyü sürəcdə Rusiyanın bundan istifadə etməsi köhnə KQB adətidir və bu məlumat mətbuata ötürülübsə, görünür ki, ABŞ-ın əlində ciddi faktlar var”.

Putinin şəxsinə qarşı dünyanın aparıcı mətbu orqanında bu iddihamların səsləndirlməsi iki ölkə arasında yeni problemin olmasından xəbər verdiyini düşünən politoloq PİA..az-a açıqlamasında əlavə edib ki, bütün bu iddialara ABŞ-da Rusiya daxilində yeni bir hibrid informasiya əməliyyatına başlaması ilə cavab verə bilər:

ABŞ-ın kornovirusa görə Çinə qarşı iddihamları həqiqətən obyektiv yanaşmaq lazımdır. Bu gün ABŞ bu epidemiyadan ən çox zərər çəkən ölkədir və Çinin bu epidemiya haqqında vaxtında məlumat verməməsi Vaşinqton tərəfindən ciddi qəzəblə qarşılanıb. Ona görədə Çinə qarşı beynəlxalq məhkəmə sisteminin qurulması da gündəlikdədir. ABŞ-da epidemiyanın tüğyan etdiyi bir vaxtda Rusiyaya qarşı bu ittihamların irəli sürülməsi əsasən iki ölkə arasında münasibətlərin pandemiyadan sonra yeni problemlərlə dolu mərhələyə qədəm qoyacağından xəbər verir.

Rusiyanın ABŞ daxilində ajiotaj yaratmasına gəldikdə isə, bunu istisna etmirəm. Rusiya xüsusi xidmət orqanları bu sahə üzrə ixtisaslaşıb və hədəflədiyi ölkəyə qarşı daxildə bir narazılıq yaratamaq üçün xaos yaratmağa çalışmasımı da istisna etmək olmaz. Əgər söhbət Rusiyanın bir nömrəli düşmənindən gedirsə, bu tamamilə mümkündür. Qeyd edim ki, ABŞ-da Rusiyaya qarşı bu tipli ittihqmlar 5 ildir ki, davam edir və Putinin ideoloqları və hökümət nümayəndələri bu ittihamları sadəcə sözdə təkzib edirlər.

Məhəmməd Əsədullazadə: “ABŞ daha sağlam siyasətlə Rusiyanı ciddi şəkildə küncə sıxışdıracaq”.

Putinin birbaşa şəxsinə qarşı bu iddihamların səsləndirlməsi isə iki ölkə arasında yeni problemin olmasından xəbər verir. ABŞ-da Rusiya daxilində yeni bir hibrid informasiya əməliyyatına başlaması ilə cavab verə bilər. Bu gün dünyada bu pandemiyanın hökm sürdüyü sürəcədə Rusiyanın bundan istifadə etməsi köhnə KQB adətdir və görünür, ABŞ-ın əlində ciddi faktlar var. Mətbuat vasitəsi ilə bunu Rusiyaya çatdırmağı omdeməkdir ki, Vaşinqton bunun cavabını açıq verəcək.

Hesab edirəm ki, ABŞ bunu cavabsız qoymayacaq və mütləq Rusiyanın cavabını verəcək. Və mən hesab edirəm ki, bu cavab ağır olacaq. Çünki Rusiya ABŞ-da prezident seçkilərinə müdaxilə edirsə, pansemiya dövründə ABŞ-ı daxilən sarsıtmaq üçün bundan istifadə etməsi də mümkündür və bunu ABŞ vətəndaşları birmənalı qəbul edəcəklər. Rusiya çalışır ki, ABŞ-ın mövqeyi zəifləsin və dünya siyasətində rolu azalsın, daxili problemlərlə məşğul olsun. Heaab edirəm ki, ABŞ bunun qarşısını alacaq və düşünürəm ki, Rusiya bir daha bununla ifşa olundu. ABŞ daha sağlam siyasətlə Rusiyanı ciddi şəkildə küncə sıxışdıracaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Nyu York Tayms


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

Ən çox oxunanalar