Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evdə qal, “Nar”ın sərfəli internet paketlərindən yararlan

Nar mobile karantin günlərində də abunəçilərini darıxmağa qoymur...

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar evdən çıxmayan abunəçilərin öz yaxınları ilə daim əlaqədə olması və vaxtını əyləncəli keçirməsi üçün “Nar”, güzəştli internet paketləri haqqında məlumatı təqdim edir. “Nar” abunəçiləri müxtəlif internet paketləri sifariş etməklə gecələr pulsuz və limitsiz internetdən yararlana, “WhatsApp”da pulsuz ünsiyyət qura, eyni zamanda ikiqat internet əldə etməklə sosial şəbəkədən pulsuz istifadə edə bilər.

Evdə oturan abunəçilərin vaxtını səmərəli keçirməsi üçün “Nar”ın internet paketləri ən uyğun seçimdir. Mobil operatorun müxtəlif həcmli internet paketləri abunəçilərə meqabaytları bitsə də, istifadə müddətinin sonuna qədər internetdən pulsuz istifadə imkanı verir. İrihəcmli “XL”, “2XL” və “3XL” paketlərində gecələr internet pulsuz və limitsizdir. Yəni istifadə zamanı paketin meqabaytlarından sərf edilmir. Üstəlik, internet paketlərində “WhatsApp” ilə ünsiyyət pulsuzdur. “Nar” ın internet paketlərini əldə etmək üçün aşağdakı linkdən ətraflı məlumat əldə edin:LİNK

İkiqat internet təqdim edən “CavanNar” tarifi isə abunəçilərə evdə oturmaqla həm daha çox internetdən zövq alma, həm də sosial şəbəkələrdən daha çox istifadə imkanı verir. “CavanNar” tarifi iki paketdən ibarətdir. “CavanNar 9” abunəçilərə aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə təqdim edir. “CavanNar 6” isə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. “CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Bundan başqa, ”Nar” bu günlərdə evdə oturan abunəçilərə hədiyyə qazanmaq şansı verib. Belə ki, müştəri xidməti funksiyasını yerinə yetirən və hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqində yeni qeydiyyatdan keçən abunəçilər xüsusi bonuslar qazana bilərlər. Kampaniya 19 aprel tarixinədək davam edəcək. Qeyd edə ki, “Nar+” tətbiqini “AppStore” və “PlayStore”dan yükləmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

pia.az


Etiket: Nar mobile

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar