Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Qarabağdakı separatçılara yanacaq göndərməsi nəyə hesablanıb?

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır...

İran İslam Respublikasının Ermənistanla siyasi iqtisadi əməkdaşlığı bu ölkənin daxili işidir.

Təbii ki, Azərbaycan buna etiraz etmir. Amma, rəsmi Tehran Azərbaycanın işğal olunmuş ərazilərində separtçılarla qeyri-rəsmi əməkdaşlığı birbaşa Azərbaycana qarşıdır və buna susmaq olmaz.

İran olaraq Ermənistan ərazisindən öz yük və neft daşıyan TIR-larını Qarabağa göndərir, burada işğalçılara lojistik dəstək verir. Bununla bağlı yayılan videoda aydın olur ki, İran dövlət nişlanlı TIR-lar Qarabağdadır və buraya benzin və digər neft məhsulları daşıyır.

Demək, İran hakimiyyəti bu yolla öz deustikrtiv siyasətini davam etdirir. İranın Yəməndə Husiləri, İraqda Həşdi Şabiləri, Livanda Hizbullahı necə lojistik dəstək verirsə, Qarabağdakı separtçılara, işğalçı orduya bu elə dəstək kimidir.
İran İslam Respublikasının bu hərəkəti Azərbaycanla qonşuluq əlaqələrinə kölgə salır və rsəmi Tehranın Qarabağ münaqişəsinin Azərbaycanın leyhinə həll olunmasında maraqlı olamdığını ortaya qoyur.

Azərbaycan XİN İrandan bununla bağlı izahat tələb etməli, İranın ölkəmizdə səfiri nazirliyə dəvət edilib aydınlıq gətirməlidirlər.

Azərbaycan bunu ciddi araşdırmalı və İranın ölkəmizin suverenliyini pozaraq işğal olunmuş ərazilərimizdə fəaliyyətinə son vermək üçün Tehranla ciddi müzakirələr aparılmaldır.

İranın Qarabağda qida və tikinti şirkətləri fəaliyyət göstərir. Şuşada məscidin restavrasiyasını İran şirkəti həyata keçirdi.

Ermənistan istənilən zaman İran əleyhinə fəaliyyətə keçər. ABŞ-ın İrana qarşı sanksiyalarına Nikol Paşinyan İranla sərhəddi bağlamaqla mesaj vermişdi. Budur, Ermənistanın İrana münasibəti.

Göründüyü kimi İran özü Azərbaycanla probelmələr axtarır və hələ usanmadan deyir ki, Tehran Qarabağ münaqişəsinin həllində aktiv ola bilər. Sualım ölkmizdəki İran səfirliyinədi. İran Qarabağdakı separtçılara yanacaq göndərməklə münaqişəsinin həllində belə dəstək olmaq istəyir? İranın bu siyasəti, İslam həmrəyliyinə uyğundurmu?

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Ən çox oxunanalar