Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın hotel və restoranları dövlətdən dəstək istəyir

“Koronavirus infeksiyasının yayılması Azərbaycanın turizm və ictimai iaşə sektorlarına zərbə vurub”...

Bunu “Report”a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, bir tərəfdən mövcud vəziyyət hotellərdəki nömrələri boş qoyub, digər tərəfdən isə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə koronavirus epidemiyasının yayılmaması istiqamətində gördüyü tədbirlər çərçivəsində restoranların iş vaxtı saat 21:00-a qədər müəyyən edilib.

"Koronavirusdan xüsusilə kiçik və orta biznes əziyyət çəkir. Bakıda 50-yə yaxın hotel işçilərini evə göndərməyə məcbur olub. Çünki sahibkarlar vəziyyətdən çıxa bilmirlər. Əgər ölkədə hər hansı məhdudiyyət tətbiq edilirsə və bunun nəticəsində biznesə ziyan dəyirsə, onun dövlət tərəfindən hansısa formada qarşılanması müzakirə edilməlidir", - o qeyd edib.

Xatırladaq ki, martın 14-dən Azərbaycanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşki edilməsi qadağan edilib, saat 21:00-dan sonra fəaliyyət göstərən klubların və barların fəaliyyəti dayandırılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar