Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəki Profilaktiki Dezinfeksiya Şöbəsindəki acınacaqlı vəziyyət: Aidiyyəti qurumların soyuq münasibəti

Sosial şəbəkədə Şəki Rayon Profilaktiki Dezinfeksiya Şöbəsinin pis vəziyyətdə olan binasının görüntüləri yayılıb...

PİA.az xəbər verir ki, iddiaya görə, bina artıq uzun illərdir ki, qəzalı vəziyyətdədir. Ölkə ərazisində mövcud vəziyyəti nəzərə alsaq, bu şəkildə fəaliyyət göstərən müəssisənin olması təəssüf doğurur.

Əldə etdiyimiz məlumata görə, Şəki Rayon Profilaktiki Dezinfeksiya Şöbəsinin binası üç ilə yaxındır ki, bu vəziyyətdədir. Dörd ay əvvəl müəssisənin direktoru Kamil həkim vəfat edib. Son dövrlərdə isə bina tamamilə qəzalı vəziyyətə düşüb:

“Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Lakin heç bir qurumdan mövcud vəziyyətlə əlaqəli reaksiya gəlməyib. Şəki Rayon Profilaktiki Dezinfeksiya Şöbəsi dövlət balansından deyil, təsərrüfat hesabına maliyyələşir. Bu səbəbdən də aidiyyəti qurumlarla müqavilə bağlanmalıdır ki, həm təmir-bərpa işlərinə başlanılsın, həm də işçilərin maaşları verilsin.

Bu gün Şöbədə 15 nəfər işçi çalışır. Onlar hamısı bir otaqda toplanır. Hər kəs ehtiyat edir ki, binada bir hadisə baş verəcək. Bütün bunlara baxmayaraq, işçilər müvafiq qaydada ərazi üzrə dezinfeksiya işlərini həyata keçirirlər. Yaxşı olardı ki, bu müəssisənin fəaliyətini yaxşılaşdırmaq məqsədilə tədbir görülsün”. (Oxu.Az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar