Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya sülh anlaşmasından imtina etdi

“Rusiya və Bəşər Əsədin İdlib gərginliyindən qələbə ilə çıxacağını düşünmürəm. Türkiyənin mövqeyi daha güclüdür”...

PİA.az xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

O, RusiyaABŞ-ın bütün sülh planlarından imtina etdiyini bildirib: “Türkiyə və Amerika artıq davamlı olmayan atəşkəsləri dəstəkləməyəcək. Atəşkəsin davamlı olması lazımdır. Kimsə müəyyən edilmiş xətləri pozmamalıdır”.

Ceyms Cefri İdlibin humanitar fəlakətlə üz-üzə qaldığını bildirib: “Bölgədə təhlükənin miqyasının genişlənməsindən danışırıq. Bu təhlükə regional yox, qlobal mahiyyət kəsb edir”.

Amerikalı diplomat Əsəd qüvvələrinin Rusiyanın dəstəyi ilə Azad Suriya Ordusunun nəzarətindəki əraziləri geri aldığını diqqətə çatdırıb:

“Amma Əsəd və rusların qələbə qazanacağını düşünmürəm, türklər geri çəkilməyəcək. Əks halda suriyalı qaçqınların sayı 7 milyona çatacaq ki, bunun yükünü kimsə götürə bilməz. Suriya sərhədlərində belə bir fəlakəti müşahidə etmişik. Bu səbəbdən də Türkiyə bu hücumun qarşısını almaq üçün bütün hərbi potensialından maksimum istifadə edəcək”.

Suriyada 34 türk hərbçisinin həlak olmasına gəlincə, Cefri bunun arxasında Rusiyanın dayandığını deyib.

Türkiyə və Rusiyanın üz-üzə gəlməsinin bölgədə qorxunc təhlükə yaradacağını bildirən diplomat qeyd edib: “Türkiyə bir NATO ölkəsidir. Bu ölkə isə indi Suriya ordusu, ruslar, Hizbullah və İran İnqilab Keşikçiləri Qvardiyası ilə üz-üzədir”.

Diplomat Türkiyəyə müdaxilə vəziyyətində NATO-nun prosesə qoşulacağını istisna etməyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar