Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abdin Fərzəliyev niyə cangüdənlə gəzir?

Növbəti işdən çıxarılacağı gözlənilən icra başçılarından biri Abdin Fərzəliyevdir...

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, Bakının mərkəzi rayonlarından biri olan Nərimanovda ciddi problemlər var və bu, lazımi dairələrə məlumdur: "Nərimanovdan şikayətlər çoxdur. Üstəlik, Abdin Fərzəliyevin özfəaliyyətləri haqda da məlumatlar var. Rayonun qayğısına qalmaqdansa var-dövlət toplamaqla məşğuldur. Hələ üstəlik, son zamanlar vəzifəyə getmək arzusunu tez-tez dilə gətirir. Özü cangüdənlə gəzir, evini xüsusi mühafizə ilə qorudur. Xatırlayırsınızsa Salyanın icra başçısını məhz sonuncu əməllərinə görə vəzifədən azad etmişdilər. Yəni bütün bunlar heç də xoş qarşılanmır və cavabının ağır olacağı şübhəsizdir. Adamdan soruşarlar ki, hazırda ölkədə hansısa kriminal gərginlik hiss edilmir, bəs sən niyə cangüdənlə gəzirsən, evini niyə qorumaya almısan? Ya gərək Fərzəliyev elə bir jest etsin ki, bütün günahları bağışlansın, ya da yaxın günlərdə sərəncamına hazır olsun. Onun edəcəyi jest rayonun bərbad ərazilərinə gün ağlamaq, narazı sakinlərin problemlərini həll etmək, cənab Prezidentin də dediyi kimi, sadə olmaq, xalqa yaxınlaşmaq ola bilər. Nəzərə alsaq ki, Abdin Fərzəliyev artıq 15 ilə yaxındır bu rayona rəhbərlik edir və bu müddət ərzində qeyd edilən problemləri həll etməyib, bundan sonra edəcəyi də çətin görünür. Hər bir halda, onun hədəfdə olduğunu əminliklə deyə bilərik".(AFN)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar