Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Elmi Kitabxana ödənişli kitabxana xidmətlərinə aydınlıq gətirib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası ödənişli kitabxana xidmətləri ilə bağlı məsələyə münasibət bildirib...

AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr bölməsindən PİA.az-a verilən məlumata görə, 2015-ci ildən başlayaraq, Mərkəzi Elmi Kitabxana müasir kitabxana xidmətlərini AMEA əməkdaşları ilə yanaşı, 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşlarına təqdim edir.

Qeyd edilib ki, 2017-ci ildən başlayaraq isə oxucuların xahişi əsasında və AMEA rəhbərliyinin dəstəyi ilə Mərkəzi Elmi Kitabxana 09.00-22.00 saatlarında ikinövbəli xidmət göstərir. Xidmətlər bütün AMEA əməkdaşları və magistrantlarına imtiyazlı, Qarabağ müharibəsi əlillərinə, 20 yanvar şəhidlərinin ailələrinə, müharibə veteranlarına, 70 yaşına çatmış və bir sıra başqa şəxslərə isə pulsuz göstərilir. Son üç il ərzində qanunvericilik çərçivəsində və şəffaflıq-hesabatlılıq prinsipləri gözlənilməklə, AMEA əməkdaşı və magistrantı olmayan şəxslərə dair yeni qiymət cədvəli tətbiq edilir.

Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının elm sahəsinin büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilmə mexanizminin olmasını və Mərkəzi Elmi Kitabxananın 2020-ci il üçün müəyyən etdiyi kadr, texniki, proqram təchizatı ehtiyaclarını və fəaliyyət proqramını nəzərə alaraq, Mərkəzi Elmi Kitabxananın əlavə xidmətlərindən 2020-ci maliyyə ili üçün nəzərdə tutulmuş büdcədənkənar gəlirlər cədvəli yenilənib. Çox da böyük olmayan büdcədənkənar vəsait kitabxananın maddi-texniki bazasının gücləndirilməsinə və əməkdaşların sosial müdafiəsinə yönəldilir: “Oxucuların istinad etdiyi “xaricdə pulsuz kitabxana xidməti” təbii ki pulsuz deyil, və hər bir halda müəyyən qurumlar tərəfindən ödənilir. Müxtəlif ixtisaslar üzrə mütəxəssis yetişdirən müəssisələr öz sahələr üzrə müvafiq kitabxana xidmətləri təklif edə bilmədikləri halda, mütəxəssis kimi formalaşmasında maraqlı olduqları şəxslərin başqa kitabxanalara abunə haqlarının ödənilməsini müzakirə edə bilərlər. Burada başqa mexanizm yoxdur – xidmət göstərilirsə müvafiq ödənişi olmalıdır. Yeri gəlmişkən, AMEA rəhbərliyi AMEA magistrantlarının Mərkəzi Elmi Kitabxanaya abunə xidmətlərini öz üzərinə götürüb. Qiymətlərin yüksək olmasına gəldikdə isə, hazırda tətbiq edilən aylıq və illik abunə qiymətlərinə əsasən, oxucu 1 kitabxana gününə 0,62 AZN ödəyib 12 saat ərzində kitabxanadan limitsiz istifadə etmək hüququnu əldə edir. Xidmətlərin sahəsini və məzmunu müqayisə etmək niyyətindən uzaq dursaq, bu, başqa sahələrdə, məsələn, şəhərdaxili sərnişindaşıma xidmətlərinin tarifləri ilə müqayisədə çox aşağıdır. Gün ərzində şəhər nəqliyyatına bir gediş və bir qayıdışa ödənilən 0,6 AZN ilə gün ərzində limitsiz 12 saatlıq kitabxana xidmətlərinin ödənişi təxminən eynidir”.

AMEA Mərkəzi Elmi Kitabxanası İctimaiyyətlə əlaqələr bölməsi oxucuların müzakirələr zamanı şəffaflığın olmaması məsələsini də səsləndirməsinə toxunub: “Tətbiq edilən qiymətlər Mərkəzi Elmi Kitabxananın saytında, sosial şəbəkə səhifələrində açıq şəkildə yerləşdirilir. “Oxucu kartı” oxucunun şəxsiyyət vəsiqəsi əsasında, oxucunun razılığı ilə hazırlanır, kart üçün ödənilən vəsait mədaxil orderində iki nüsxədə əks olunur, orderin bir nüsxəsi oxucuya verilir, ikinci nüsxəsi isə Maliyyə Nazirliyinə təqdim olunur. Vəsaitin aidiyyatı üzrə xərclənməsinə Maliyyə Nazirliyinin 12 saylı Xəzinədarlıq İdarəsi tərəfindən nəzarət edilir. Oxucunun şəxsi məlumatları əks olunmuş kart oxucuda saxlanılır. Oxucu kartdan istənilən vaxt müddəti məhdudlaşdırılmadan Mərkəzi Elmi Kitabxananın iş vaxtı ərzində istifadə etmək hüququna malikdir. Mərkəzi Elmi Kitabxananın rəhbərliyi gənclərin təhsilə və peşə inkişafına doğru atdığı ciddi addımları yüksək qiymətləndirir, Azərbaycanın inkişaf yolunu yalnız bilik cəmiyyətindən keçdiyini başa düşür, oxucuların bu sahədə səsləndirdiyi ehtiyacların qarşılanması yollarını araşdırır və bununla bağlı bir çox prosedurların (təhlükəsizlik, sənədləşdirmə, ödəniş və s.) yenilənməsi layihəsini hazırlayır”.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Ən çox oxunanalar