Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın "toxuna bilmədiyi" oğru haqqında maraqlı faktlar

Lənkənarskinin üzr istədiyi "oğru" haqda maraqlı xəbərlər…

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin ötən il mütəşəkkil cinayətkar qrupların liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanun imzalayıb. Cinayət Məcəlləsinin 210.1 maddəsinə görə kriminal qruplaşmaların lideri kimi tanınmış şəxslər ("qanuni oğrular") 8 ildən 15 ilə kimi azadlıqdan məhrum edilməli və 5 milyon rubl həcmində cərimə olunmalıdırlar.

Qanunu əsas mahiyyəti bundan ibarətdir ki, "qanuni oğru" kimi tanınan şəxslərin bu statuslarını etiraf etməsi onların həbsi üçün artıq yetərli əsasdır.

Şakro Molodoy ləqəbi ilə tanınan Zaxari Kalaşovun və Oleq Şişkanovun (Şişkan) həbsindən sonra Rusiyanın "qanuni oğrular"ı ölkə sərhədlərinin tərk etmək məcburiyyətindən qalıblar.

Rusiya KİV-ləri xəbər verir ki, indi bu ölkədə yalnız lazım olan "qanuni oğru"lar yaşayır. Bəs, onlara niyə hökumət dəymir?

Məlumata görə, toxunulmazlardan biri azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanovdur. O, Vaqif Bakinskiy və Vaqif Diplomat ləqəbi ilə tanınır. O, 1965-ci ilin 15 avqustunda Gürcüstanda anadan olub. "Qanuni oğru" adını 2000-ci ildə alıb.

Vaqif 2016-cı ildə qətlə yetirilən Rövşən Caniyevlə (Lənkəranski) aralarında olan məşhur münaqişəyə görə də tanınır. 2010-cu ilin yazında onların aralarında konflikt başlayıb. İddialara görə, o vaxt həbsdə olan Vaqiflə Canıyev arasında olan telefon söhbəti gərgin keçib və onlar bir-biri haqda xoşagəlməz sözlər işlədiblər. Hətta söhbət o həddə gərginləşib ki, Canıyev onu vuracağını deyib. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərinin aydınlaşdırmaq üçün "sxodka"ya toplaşıblar. Rövşən Lənkəranski tərəfdən söhbətə ötən il vəfat edən Cemo Mikeladze də gəlib. Vaqif Süleymanov isə görüşə "Ded Xasan"ı təmsil edən Vasi Voskreslə gəlib. Bu "sxodka" məhz Cemo söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı "qanuni oğru"ya iradına Vaqif Süleymanov adekvat cavab verib. Cemo Vaqifi vurmaq istəyərkən özü zərbə alıb. Bu "sxodka" Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Deyilənə görə, nəticədə Lənkəranski və Cemo bu hərəkətə görə köhnə "oğru qanunları" ilə yaşayan V.Süleymanovdan üzr istəyiblər.

"Qanuni oğru" Nadir Səlifov (Quli) azadlığa buraxılandan sonra Vaqif Süleymanov onun dəstəsinə birləşib. Rusiya saytları yazır ki, ötən ilin fevralında Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində dava baş verəndə şəhərin meri Sergey Sobyanin xeyli narahat olub.

Yada salaq ki, hadisə zamanı restoranda Valentin günü münasibətilə xeyli sayda müştəri olub. Kənardan müəssisəyə gələn çeçen mənşəli şəxslər kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra, əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar. Davada təqribən 70-100 nəfər iştirak edib. Kafedə baş verən silahlı qarşıdurma rayonun digər yerində də davam edib. Çeçenlər azərbaycanlıların maşınlarını təqib edərək onları atəşə tutublar. Kafe ilə yanaşı, obyektin sahibi Yaşar Əliyevin maşını da ciddi xəsarət alıb. Bundan sonra azərbaycanlılar da çeçenlərə qarşı birləşiblər və şəhərdə ciddi gərginlik yaranıb.

Rusiya saytları iddia edir ki, məhz Sobyanın narahatlığı azərbaycanlı "qanuni oğru"ya çatdırılıb. Vaqif məsələyə müdaxilə edib və azərbaycanlıları sakitləşdirib. Bundan sonra isə "qanuni oğru" Rusiya paytaxtında "toxunulmazlıq" statusu alıb.

Rusiyada yaşamaq hüququ tanınan daha bir "qanuni oğru" isə Vladimir Tyurindir. Vladimir Tyurin 1958-ci il, noyabrın 25-də Başqırdıstan Muxtar Respublikasının Tirlyanski qəsəbəsində anadan olub. Orta məktəbi qızıl medalla qurtaran Tyurin əvvəl peşəkar musiqi təhsili alıb, sonralar isə Sankt-Peterburq Politexnik Universitetini bitirib. Həbsxanaya yolu 1974-cü ildə qarət ittihamı ilə başlayıb. Bir neçə il İrkutsk həbsxanalarında cəza çəkib.

1993-cü ildə "qanuni oğru" adını Yaponçikin xeyir-duası ilə alan Tyurin tezliklə kriminal aləmin ən nüfuzlu liderlərindən birinə çevrilir. O, "Bratskoye" adlanan kriminal qruplaşmaya rəhbərlik edir. Əsasən, alüminium və meşə təsərrüfatı mallarının Sankt-Peterburqdan Pribaltikaya, oradan isə Qərbi Avropaya daşınmasına nəzarət edən Tyurin Moskvada da bir neçə tanınmış kazinolara rəhbərlik edir.

Tyurin Rusiyanın bir çox tanınmış siyasi xadimləri, biznes dairələri, eləcə də elm və incəsənət nümayəndələri ilə ciddi əlaqələrə malikdir. Tyurin indi daha çox alüminium, ağac məmulatları istehsalı, neft-kimya sənayesi, enerji və bank sektorunda fəaldır. Onun Moskva ilə yanaşı Avropanın bir sıra ölkələrində daşınmaz əmlakı var. (Musavat.com)

pia.az


Etiket: qanuni oğru

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar