Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əvvəlcədən formalaşdırılmış siyahı əsasında keçirildi" - Mehman Əliyev

«Əslində, bu seçki necə gözlənilirdi, elə də keçdi. O mənada ki əvvəlcədən formalaşdırılmış siyahı əsasında keçirildi», – «Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev deyir...

O, Milli Şuranın seçkidən təxminən 10 gün öncə siyahıları elan etdiyini yada salır.

M.Əliyevin sözlərinə görə, hakimiyyətin müstəqil namizədin parlamentə düşməsinə imkan verməyəcəyi əvvəlcədən bəlli idi. «Sadəcə, məqsəd bir sıra namizədləri parlamentdən kənarda qoymaq, onların yerinə yenilərini gətirmək idi, başqa bir şey yox idi», – deyə izah edir.

O, yalnız son nəticələr elan olunduqdan sonra parlamentin neçə faizinin yeniləşdiyi haqda qəti danışmağın mümkün olacağını bildirir. Amma indilik Milli Məclisə Erkin Qədirli və ya Vüqar Bayramov kimi namizədlərin düşdüyünü qeyd edir:

«Mən bu adı çəkilənləri müxalifət saymıram, YAP komandasından deyillər, bitərəflərdir. Məncə, məqsəd komissiyaları canlandırmaq, onları hərəkətə gətirməkdir. Onların daha fəal, daha komponent olmasını istəyirlər, hökumətlə parlament arasında işbirliyi yaradılmasına çalışırlar. Bu mənada onların iştirakı lazımdır».

M.Əliyev seçkilərdən az sonra referendum keçiriləcəyini istisna etmir. O, ölkədə durumun «kritik», «böhranlı» olduğunu iddia edir və böhrandan çıxmaq üçün hərəkət etməyin vacibliyini vurğulayır: «Birinci vitse-prezident Mehriban Əliyevanın rolu güclənir. Yeni parlamentin formalaşmasında onun komandasının böyük rolu olub. Hökumət kimi parlament də onun patronajlığı altında formalaşmaqdadır, vahid idarəetmə məsələsi var burda. Ona görə hesab edirəm ki, nəsə baş verəcək».

H.Hacızadə: 'Bu seçki Azərbaycan tarixində görünməyən bir şou oldu'
«Bu seçki Azərbaycan tarixində görünməyən bir şou oldu», – İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR Center) rəhbəri, siyasi şərhçi Hikmət Hacızadə fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərini dəyərləndirərkən belə deyir. O, AzadlıqRadiosuna açıqlamasında bu seçkilərin niyə keçirildiyinin, məqsədinin bəlli olmadığını da bildirir:

«Total saxtakarlıqla keçirildi. Mən bu seçkini legitim saymıram. Bunlar hamısı videoya, audioya, kağıza fiksə olunub. Bunlar hamısı millətimizə, dünyaya çatdırılacaq. Əsas da odur ki, hakimiyyət bu seçkini niyə keçirib, biz başa düşmədik. Yenə parlamentin 80 faizi həmin adamlardır. Tam xaosdur».
Suallarına cavab tapa bilməyən H.Hacızadə hakimiyyətin strateqlərini tənqid edir: «Onların heç nədən başı çıxmır, nə gələcəyi görürlər, nə də iş görə bilirlər. Ölkə gör kimlərin əlindədir. 10-15 ildir səhiyyədə islahat apara və sığortanı tətbiq edə bilmirlər. İndi də bu seçki. Nəyə lazım idi bu biabırçılıq? Tam məyusluq».

Bununla belə, H.Hacızadə demokratik gənclərin seçkilərdə həvəslə iştirakını yüksək dəyərləndirir. Onun fikrincə, toplanan təcrübə gələcək seçkilərdə gərəkli olacaq.

pia.az


Etiket: Mehman Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Ən çox oxunanalar