Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Əbiyevin biznesi əlindən alınır


Keçmiş müdafiə naziri Səfər Əbiyev tutduğu vəzifədən azad ediləndən sonra ona qarşı hücumlar səngimək bilmir. Bu hücumların Səfər Əbiyevin hakimiyyətdəki rəqibləri tərəfindən təşkil olunduğu şəksizdir. Hələ bir müddət əvvəl keçmiş müdafiə naziri haqqında dərc edilən kompramat xarakterli materiallara münasibət bildirərkən bəyan etmişdi ki, bütün bunlar bir mərkəzdən idarə edilir.


Səfər Əbiyev ad çəkməsə də, ona hücumların iqtidar düşərgəsindəki rəqiblərindən gəldiyini işarə vurmuşdu.

Dünən aldığımız məlumatda deyilir ki, artıq Səfər Əbiyevin biznesi əlindən alınır. Keçmiş müdafiə nazirinin nəzarətində biznes strukturları başqa şəxslərə verilir. Qısa müddətdə Səfər Əbiyevin müflisləşdirilməsi prosesi gedir.

Bu məlumatların təsdiqi kimi “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı xəbəri də göstərmək olar. Həmin məlumatda deyilir ki, Səfər Əbiyevə məxsus olan ərazi əlindən alınıb. Məlumatda Yasamal rayonu Həsən Məcidov küçəsində yerləşən böyük ərazinin əslində Azərbaycan Ali Hərbi Məktəbinin (Avtopark) balansında olduğu bildirilib.   Məlumata görə, həmin ərazidə Silahlı Qüvvələrin zabitləri üçün mənzillərin tikilməsi ilə bağlı ideya olub. Lakin bu ideya Səfər Əbiyev tərəfindən müsbət qarşılanmayıb. Keçmiş nazir həmin ərazidən özünün biznes maraqları üçün istifadə etmək qərarı verib. Amma artıq həmin ərazi üzərinə “Renessans Palace” yazılmış hasarla əhatə olunub. Ərazidə tikinti işlərinin “AS Group Investment” tərəfindən aparıldığı qeyd edilib (azadliq.info).


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Ən çox oxunanalar