Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TÜRKPA: Seçkilər beynəlxalq standartlara uyğun keçirildi

“Azərbaycan demokratik proseslərin, o cümlədən seçkilərin şəffaf keçirilməsinin tərəfdarıdır. Hesab edirəm ki, ölkə istəyinə çatıb: seçkidən əvvəl aparılan kampaniya və səsvermə qanuna uyğun şəkildə keçirildi”...

Bunu TÜRKPA-nın beynəlxalq müşahidə missiyasının rəhbəri, türkiyəli deputat İsmət Uçma deyib.

O, Azərbaycanın Ermənistanın işğalından əziyyət çəkdiyini, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu xatırladıb. Deputat məcburi köçkünlərin seçkilərdə iştirak etmələri üçün hər cür şərait yaradıldığını söyləyib.

Missiya rəhbəri bildirib ki, seçki günü ŞamaxıQobustandakı bir sıra məntəqlərdə olublar.

TÜRKPA-nın müşahidə missiyasının üzvü, qırğızıstanlı deputat Ziyəddin Jamaldinov diqqətə çatdırıb ki, çox sayda namizədin olması Azərbaycanda plüralizmin və azadlığın mövcudluğundan, cəmiyyətin demokratik proseslərə yüksək səviyyədə cəlb olunmasından xəbər verir.

“Hesab edirik ki, Milli Məclisə növbədənkənar seçkilər demokratik prinsiplərə, beynəlxalq standartlara, eləcə də Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə uyğundur”, - o vurğulayıb.(report,)


Etiket: TÜRKPA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar