Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabahkı seçki ilə bağlı nələri bilməliyik

Sabahkı seçki ilə bağlı bilməli olduğunuz vacib məlumatlar...

“Seçkilərdə texnologiyalardan necə istifadə olunacaq? MSK-nın (Mərkəzi Seçki Komissiyası) hansı elektron xidmətləri var? Yeni nəsil şəxsiyyət vəsiqələrindəki ünvanla MSK siyahısındakı ünvan üst-üstə düşürmü?”

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O, sözlərinə belə davam edib:

“1. Bəzi vətəndaşlar bildirirlər ki, yeni nəsil şəxsiyyət vəsiqəsi alanlarla və son dövrlərdə yeni mənzillərdə qedyiyyata düşənlərlə MSK-nın seçicilərlə bağlı Data bazasında olan ünvanlar bir sıra hallarda üs-üstə düşmür.

Yeni nəsil şəxsiyyət vəsiqəsini “çip oxuyan” cihazla oxutduqda vətəndaşın yeni ünvanı, MSK bazasında isə bəzi hallarda köhnə ünvanı qeyd olunub.

Ötən ilin sonunda keçirilən bələdiyyə seçkilərində MSK bir milyon vətəndaşın yeni nəsil şəxsiyyət vəsiqəsi aldığını və məntəqələrin kart oxuyan avadanlıqlarla təmin olunduğunu bildirmişdi.

Məlum olduğu kimi yeni nəsil şəxsiyyət vəsiqəsində ünvan qeyd olunmayıb, bu məlumatlar çipdə yerləşdirilib.

Ünvanlarla bağlı fərqlilik onu göstərir ki MSK-dakı seçici bazası vətəndaşların qeydiyyatı ilə bağlı əsas məlumat bazası olan DİN-nin İAMAS sisteminə inteqrasiya olunmayıb. Güman ki manual olaraq yenilənmə aparılır.

Ümid edirəm ki, MSK ünvanla bağlı son yenilənmələri artıq öz seçici bazasında nəzərə alıb. Düşünürəm ki, seçicilərin öncədən ünavnlarını MSK saytında dəqiqləşdirmələri və MSK rəhbərliyinin bu məsələni nəzarətdə saxlamağı faydalı olardı

2. Vətəndaşlar eGov (e-gov.az) portalı üzərindən və MSK İnformasiya Mərkəzindən (infocenter.gov.az) Mərkəzi Seçki Komissiyasının aşağıdakı elektron xidmətlərini əldə edə bilərlər:

• “Ad, soyad və ata adı üzrə dairə və məntəqələrin axtarışı”;

• “Dairə və məntəqə ünvanlarının axtarışı”;

• “Dairə və məntəqələrin xəritə üzrə axtarışı”;

• “Onlayn müraciət”;

• “Seçici siyahısı üçün məlumatların daxil edilməsi”;

• “Seçici ünvanına görə dairə və məntəqənin axtarışı”.

Qeyd edim ki, bu xidmətlərdən istifadə üçün qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Qeydiyyatsız MSK-ya onlayn müraciətlər də göndərmək olar

3. Seçkilərdə onlayn müşahidə üçün veb-kameralar quraşdırılıb. Bu il 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsi əhatə olunub. Vətəndaşlar və seçki prosesi iştirakçıları normal internet olan məkandan, həmçinin telefon vasitəsilə də məntəqələrdə baş verənləri onlayn formada müşahidə edə bilərlər.

4. Prezidentin məlum fərmanına baxmayaraq, indiyədək də yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşın elektron imzası aktiv edilməyib. Əgər bu imzalar aktiv olsaydı, daha innovativ seçki texnologiyaları tətbiq oluna bilərdi.

Heç olmasa, bir neçə məntəqədə pilot qaydada internet üzərindən onlayn formada səsvermə keçirmək olardı. Elektron səsvermə ilə, bülletenləri xüsusi skanerlərlə oxumaqla səslərin avtomatik sayılmasını gerçəkləşdirmək olardı. Bununla da , bəlkə də seçkilərə olan inamı, fəallığı daha da artırmaq olardı”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Ən çox oxunanalar