Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ordusu nə qədər güclüdür?

Raketlər İranın hərbi sursatının əhəmiyyətli hissəsini təşkil edir...

ABŞ İraq paytaxtı Bağdada hava hücumu sayəsində İran generalı Qasım Süleymanini öldürəndən sonra rəsmi Tehran intiqam alacağını açıqlamışdı.

Bəs, İran ordusu nə qədər güclüdür?

İran ordusu nə qədər böyükdür?
Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesablamalarına görə, İran ordusunun təxminən 523 min aktiv personalı var.

Onlardan 350 min nəfəri ordunun əsas hissəsində, 150 mini İnqilab Keşikçiləri Korpusunda, 20 mini isə Korpusun dəniz donanmasında xidmət edir.

Sonuncusunun Hörmüz boğazında növbə çəkdiyi və 2019-cu ildəki tankerqaçırma hadisələrində iştirak etdiyi barədə ehtimallar var.

İnqilab Keşikçiləri Bəsiç silahlı qruplaşmalarına da nəzarət edir.

Könüllülərdən ibarət olan bu birləşmələr ölkə daxilindəki üsyanları yatırmaqla məşğuldur.

Bəsiç döyüşçüləri yüzminlərlə silahlını təşkilatlandırmaq gücünə sahibdirlər.


İnqilab Keşikçilərinin aviasiyası da var. Keşikçilər İranın strateji silahlarını da mühafizə edirlər

İnqilab Keşikçiləri Korpusu 40 il bundan əvvəl, islam inqilabının nəticələrini qorumaq üçün yaradılıb və o vaxtdan etibarən hərbi, siyasi və iqtisadi güc halına gəlib.

Əsas ordudakı qədər əsgəri olmasa da, Korpus İranın ən əhəmiyyətli hərbi quruluşu hesab edilir.

Xaricdə əməliyyat keçirmək gücü varmı?

İnqilab Keşikçiləri Korpusunun "Əl-Qüds" bölümü ölkə xaricində əməliyyatlar həyata keçirir. 5 min hərbçidən ibarət olan bu bölüm birbaşa İranın ali dini lideri Ayətullah Xameneyiə tabedir.

"Əl-Qüds"-ün üzvləri Suriyaya da göndərilmişdilər - bu ölkənin hərbçilərinə və prezident Bəşər Əsəd tərəfdarı olan döyüşçülərə məsləhət vermək üçün.

İraqda isə onlar İŞİD-ə qarşı mübarizə aparan və şiələrin nəzarəti altında olan bir qrupa dəstək veriblər.

ABŞ-ın iddiasına görə, "Əl-Qüds" Yaxın Şərqdə onun terrorist elan etdiyi birləşmələrə yardım edir. Bunların arasında Livandakı "Hizbullah" və Fələstindəki "İslami-Cihad" qrupları da var.

İnqilab Keşikçiləri 2019-cu ildə Britaniyaya məxsus neft tankerini ələ keçirmişdi

İqtisadi problemlər və sanksiyalar İranın silah idaxılına təsir edib. Bölgədəki digər ölkələrlə müqayisədə İran çox az neft idxal edə bilir, məsələn, Səudiyyə Ərəbistanının idxal etdiyinin 3,5 faizi qədər.

Nefti İran əsasən Rusiya və Çindən alır.

İranın raketləri varmı?

Var. İranın raketləri hərbi sursatının əhəmiyyətli hissəsini təşkil edir. Səudiyyə Ərəbistanı və İsrail kimi rəqibləriylə aviasiya baxımından yarışa bilməməsi İran üçün raketlərin əhəmiyyətini artırır.

ABŞ-ın Müdafiə Nazirliyinin hazırladığı bir hesabata görə, Yaxın Şərqdə ən çox raketi olan ölkədir, çoxu qısa və orta mənzillidir.

Hesabatda qeyd edilir ki, İran qitələrarası ballistik raketlər də istehsal etməyə çalışır.

2015-ci ildə əldə edilmiş nüvə razılaşmasından sonra İran bu fəaliyyətinə ara vermişdi. Ancaq ABŞ-ın müqavilədən geri çəkilməsi sözügedən prosesi yenidən başlatmış ola bilər.

Səudiyyə Ərəbistanı və Körfəz ölkələri İranın qısa və orta mənzilli raketlərinin hədəfindədir. Böyük ehtimal, İsrailin bəzi əraziləri də.

Keçən il İranla münasibətləri gərginləşəndən sonra ABŞ Yaxın Şərqə "Patriot" raketdənqorunma sistemi göndərmişdi.

İranda qeyri-ənənəvi silahlar varmı?

İllərdir davam edən sanksiyalara baxmayaraq İran pilotsuz uçuş aparatları (PUA) istehsal edə bilib.

2016-cı ildə onlardan İraqda - İŞİD-ə qarşı mübarizədə istifadə edib.

O vaxt Suriyadan idarə edilən bu PUA-ların İsrailin hava sahəsinə girdiyi bildirilmişdi.

2019-cu ilin iyul ayında İran ABŞ-ın müçahidəçi PUA-sını vurmuşdu.


ABŞ İranın Yəməndəki husilərə PUA verdiyi bildirir

BBC-nin müdafiə və diplomatiya üzrə müxbiri Jonathan Marcus-un fikrinə görə, İran öz PUA-larını bölgədəki müttəfiqlərinə satmaqda maraqlıdır.

2019-cu ildə Səudiyyə Ərəbistanının iki vacib neft hasilatı təsisinə PUA-lar və raketlər vasitəsilə hücum edilib.

Həm ABŞ, həm də Səudiyyə Ərəbistanı bunda İranı günahlandırsalar da, rəsmi Tehran ittihamları rədd edib.

İranın internetdəki gücü nə səviyyədədir?

2010-cu ildə İranın nüvə təsislərinə genişmiqyaslı kiber-hücum olandan sonra, bu ölkə kiber səviyyəsini yüksəltmək qərarına gəlib.

Təxminlərə görə, İnqilab Keşikçilərinin tərkibində bir kiber-komanda var və bu komanda hərbi və ticari sirləri oğurlamağa çalışır.

ABŞ-ın 2019-cu ildə açıqladığı hərbi hesabata görə, İran aviasiya, müdafiə, enerji və təbii mənbələr üzrə fəaliyyət göstərən şirkətləri hədəfə alır.

2019-cu ildə "Microsof" şirkəti İran mənşəli və İran hökumətiylə bağlı bir haker qrupunun ABŞ-dakı prezident seçkilərini hədəf aldığını və ABŞ-ın hökumət nümayəndələrinin hesablarını ələ keçirməyə çalışdığını açıqlamışdı.

pia.az


Etiket: İran ordusu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ən çox oxunanalar