Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrem Derici: Azərbaycanlı gəlini olmaq istəyirəm

Dörd il öncə Bakıya gəlmişdim. Xeyli dəyişikliklər olub...

Buranın nizamlı və səliqəli olması çox xoşuma gəldi. Növbəti gəlişimdə şəhəri gəzəcəyəm. Çünki xeyli sevənlərim var.

Bunu Oxu.Az-a açıqlamasında türkiyəli müğənni İrem Derici deyib.

“İki dəfə təşkilati məsələlərə görə Bakıya gəlməyim alınmayıb. Amma bu dəfə alındı. Gec olsa da, bu konsert effektli oldu. Buraya inanılmaz enerji ilə gəlmişəm. İnanın ki, Bakıya gələnə kimi xeyli dualar oxumuşam.

Bugünkü makiyajımı Azərbaycanın ən yaxşı stilisti Anar Ağakişiyev edib. Onu sizlərdən oğurlayacam (gülür). Məndən öncə Demet Akalın və Selin Ciğercinin görünüşündə dəyişiklik edib. Bu gün də məni özəl olaraq konsert üçün hazırladı”.

Türkiyəli müğənni azərbaycanlı sənətçilərdən Röyanın səsini və mahnılarını bəyəndiyini bildirib:

“Röya çox xarizmatik xanımdır. Onu çox sevirəm. Eyni zamanda, son albomda gənc müğənni Aysunun “Yazsın mənə” mahnısı var. Bəlkə, növbəti gəlişimdə o mahnıya Bakıda klip çəkdirdim.

Türk gənc müğənnilərdən çoxunu bəyənirəm. Edisi çox sevirəm. Darıxdıqca ona evlənmə təklif edirəm. Amma qəbul etmir (gülür). Aleyna Tilki artıq öz sözünü deyib. Reymen belə iki mahnı ilə məşhurlaşıb”.

Türk kişilərdən bezdiyini deyən İrem Derici azərbaycanlı sevgilisinə görə Azərbaycanda yaşaya biləcəyini qeyd edib:

Azərbaycanda necə də mədəni, alicənab kişilər var. Türk kişilərdən bezmişəm. Əgər mənə görə yaxşı namizəd olsa, azərbaycanlı gəlini olmaq istəyirəm. Aşiq olsam, Bakıda yaşaya bilərəm. Əsas onun ağıllı və intellektual olmasıdır. Sevdiyim şəxsə görə musiqi istisna olmaqla, hər şeydən imtina edə bilərəm”.

pia.az


Etiket: İrem Derici


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ən çox oxunanalar