Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti Çimnaz Babayeva vəfat edib

Xalq artisti, bənzərsiz balet ustası, Dövlət mükafatı laureatı Çimnaz Babayeva dekabrın 23-də ömrünün 74-cü ilində vəfat edib

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib.

Görkəmli sənətçi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz xoreoqrafik obrazlar yaradıb. O, öz həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A. Məlikovun "Məhəbbət əfsanəsi" baletində Şirin, Q.Qarayevin "Yeddi gözəl"də Aişə, "İldırımlı yollarla"da Sari, Ə.Bədəlbəylinin "Qız qalası"da Gülyanaq, F.Əmirovun "Nəsimi haqqında dastan"da Nəsiminin sevgilisi, L.Minkusun "Don Kixot"da Kitri, D.Şostakoviçin "Xanım və xuliqan"da xanım və başqa tamaşalarda Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaldıb.

Ustad sənətkar həm də pedaqoji fəaliyyətlə məşğul olub. O, 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərib. Teatrda gənc balet artistlərinin yetişdirilməsində onun zəhməti əvəzsizdir.

Klassik rəqslərin böyük bilicisi olan Çimnaz Babayeva öz quruluşlarında da klassik xoreoqrafiya və Azərbaycan milli rəqs sənətinin sintezinə nail olub, baletlərə yüksək professionallıqla quruluş verib. O, teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış edib.

Milli baletin görkəmli nümayəndəsi olan Çimnaz Babayeva qırx illik fəaliyyəti dövründə bir çox fəxri adlara və yüksək hökumət mükafatlarına layiq görülüb. O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülüb. 2002-ci ildən o, Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Ən çox oxunanalar