Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şenol Güneş: "Azərbaycan ilə hazırlıq matçı oynaya bilərik"

"Təlim-məşq bazalarına baxmaq və digər məsələlər üçün Bakıya getdik."...

"Təlim-məşq bazalarına baxmaq və digər məsələlər üçün Bakıya getdik. Orada bizə qarşı sevgi gördük. Televiziyaya açıqlama verdim, Bizi indidən bağırlarına basdılar".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş "Sportstv" kanalında yayımlanan "Sporsever" verilişində deyib.

67 yaşlı mütəxəssis yenidən Bakıya səfər edəcəyini bildirib: "Orada mətbuat konfransı təşkil etməyi planlaşdırırıq. Azərbaycan ilə hazırlıq matçı da oynaya bilərik. Avropa çempionatındakı qarşılaşmaları evimizdə oynayacağıq. Bunun duyğusunu indidən bizə yaşatdılar. Matçlarda da tam olaraq dəstək görəcəyimizi bilirik. Buna görə şanslıyıq".

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

pia.az


Etiket: Şenol Güneş

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Ən çox oxunanalar