Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda su mənbələri sürətlə azalır... - Səbəb?  

Su qıtlığı yaranarsa problemin həlli üçün alternativ yollar varmı?...

Kənd təsərrüfatı üzrə ekspert: “Kənd təsərrüfatı üçün suyun 15 faiz azalması elə ciddi rəqəm deyil ki, ona görə narahatçılıq yaransın. Ölkənin su resursu kifayət qədərdir.”

“Muxtar Babayev pəncərəsindən yağan yağışlara və onların törətdiyi fəsadlara baxsın”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Azərbayacanda kənd təsərrüfatı üçün suyun 15 faiz azalmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında deyib ki, suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahədə çətinliklər var: "Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyumuzun 70%-i sərhədlərimizdən kənarda formalaşır. Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır.

Nazir qeyd edib ki, ölkə əhalisinin artması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı səbəbindən suya olan təlabat artır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq edilməlidir. Gələcəkdə bu problemlə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiya və avadanlıqlardan istifadə olunmalıdır.

Göründüyü kimi Muxtar Babyev bu azalmanı dünyada gedən ekoloji prosseslərlə əlaqələndirib. Amma dünya da ümumilikdə su mənbələri azalmayıb. Azərbaycanda isə son 10-15 ildə kənd təsəsrrüfatında su çatışmamazlığı hiss olunur.

Azərbaycanda su mənbələrinin belə sürətlə azalmasının başqa hansı səbəbləri var və bu səbəblər Azərbaycanın özü ilə nə qədər əlaqədardır? Azərbaycanda su ehtiyyatları ilə davranma ilə bağlı hansı səhvlər və problemlər mövcuddur?

Mövzunu PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ilə müzakirə edib.

Vahid Məhərrəmli: “Kənd təsərrüfatında suvarma suyunun azalması ilə bağlı heç bir narahatçılıq yoxdur”.

Azərbayacanın çox potensialı və resurs imkanları olduğunu vurğulayan kənd təsərrüfatı eksperti bildirib ki, çalışmaq lazımdır ki, yağan yağışlar cəmləşsin, müəyyən yerdə toplaşsın. Həmin sulardan da suvarma suyu kimi istifadə edilsin:

“Yəqin ki, Muxtar Babayev yağan yağışları nəzərə almır. Əslində digər ölkərlərdə yağan yağışları yığıb sonra suvarma suyu kimi istifadə edirlər. Ola bilsin indi Kürün, Arazın səviyyəsində nisbətən azalma var. Amma Azərbaycanın su resursunun poyensialından 10 dəfə çoxdur.

Azərbaycanda kənd təsərrüfatı üçün suyun 15-20 faiz azalması heç bir problem yaratmır. Yəni kənd təsərrüfatı üçün suyun 15 faiz azalması elə ciddi rəqəm deyil ki, ona görə narahatçılıq yaransın. Ölkənin su resursu kifayət qədərdir.

Vahid Məhərrəmli: “Suvarma suyunun az olması barədə elə-belə hay-küy yaradılır”.

Məlumdur ki, İsrail dəniz suyun emal edib onan kənd təsərrüfatı sahəsində suvarma suyu kimi istifafə edir. Bu baxımdan Azərbayacanın çox potensialı və resurs imkanları var. Muxtar Babayev pencərəsindən yağan yağışlara və onların törətdiyi fəsadlara baxsın. Çalışmaq lazımdır ki, yağan yağışlar cəmləşsin, müəyyən yerdə toplaşsın. Həmin sulardan da suvarma suyu kimi istifadə edilsin. Məsələn Abşeron bölgəsində yağan yağışın suyunun yığılması mümkün olar.

Bu baxımdan da kənd təsərrüfatında suvarma suyunun azalması ilə bağlı heç bir narahatçılıq yoxdur. Muxat Babayev bilməlidir ki, su maye olaraq heç vaxt azalmır. Su nə qədər var o qədər də qalır. Yəni su buxarlanır və yağış halında yenidən dövriyyəyə qayıdır. Düşünürəm ki, suvarma suyunun az olması barədə elə-belə hay-küy yaradılır. Bir daha qeyd edim ki, bizim su resursumuz kifayət qədərdir və yağış sularından da istifadə etsək bu daha çox olar”.

Nərminə UMUDLU

pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar