Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabineti bəzi gömrük rusumlarına dəyişiklik edib - Baş Nazir qərar imzaladı

Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib...

Nazirlər KabinetiAzərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Baş Nazir Əli Əsədov dekabrın 5-də bununla bağlı qərar imzalayıb.

Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilir:

1.0207.11.100.0, 0207.11.300.0, 0207.11.900.0, 0207.12.100.0, 0207.12.900.0, 0207.13.100.0, 0207.13.200.0, 0207.13.300.0, 0207.13.400.0, 0207.13.500.0, 0207.13.600.0, 0207.13.700.0, 0207.13.910.0, 0207.13.990.0, 0207.14.100.0, 0207.14.200.0, 0207.14.300.0, 0207.14.400.0, 0207.14.500.0, 2 0207.14.600.0, 0207.14.700.0, 0207.14.910.0, 0207.14.990.0, 0407.11.000.0, 0407.21.000.0, 0407.90.100.0, 0407.90.900.0, 0702.00.000.0, 0703.10.190.0, 0703.10.900.0, 0707.00.050.0, 0707.00.900.0, 0802.21.000.0, 0802.22.000.0, 0806.10.100.0, 0806.10.900.0, 0808.10.100.0, 0808.10.800.0, 0808.30.100.0, 0808.30.900.0, 0810.70.000.0, 2009.12.000.0, 2009.21.000.0, 2009.31.110.0, 2009.31.190.0, 2009.31.510.0, 2009.31.590.0, 2009.31.910.0, 2009.31.990.0, 2009.41.920.0, 2009.41.990.0, 2009.50.100.0, 2009.50.900.0, 2009.61.100.0, 2009.61.900.0, 2009.71.200.0, 2009.71.990.0, 2202.99.190.1, 2202.99.190.2, 2508.10.000.0, 2520.10.000.0, 2523.10.000.0, 2523.29.000.0, 2523.30.000.0, 2523.90.000.0, 6809.11.000.0, 6809.19.000.0, 6810.11.100.0, 6810.11.900.0, 6810.19.000.0, 6901.00.000.0, 6902.10.000.0, 6902.20.100.0, 6902.20.910.0, 6902.20.990.0, 6902.90.000.0, 6904.10.000.0, 6907.21.100.0, 6907.21.900.0, 6907.22.100.0, 6907.22.900.0, 6907.23.100.0, 6907.23.900.0, 6907.30.100.0, 6907.30.900.0, 6907.40.100.0 və 6907.40.900.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15.12.2019-cu il” sözləri “31.12.2021-ci il” sözləri ilə əvəz edilib.

2. 0405.10.110.0, 0405.10.190.0, 0405.10.300.0, 0405.10.500.0, 0405.10.900.0, 0405.20.100.0, 0405.20.300.0, 0405.20.900.0, 0405.90.100.0 və 0405.90.900.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “31.12.2019-cu il” sözləri “31.12.2021-ci il” sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, yeni qərar həm yerli istehsalçını, həm də istehlakçını qoruyur. Qərarın birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir.

Belə ki, qərarın birinci hissəsinə əsasən, quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma) meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır.

Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə təbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar