Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Satışlar kəskin azala bilər - Azərbaycan avtomobil bazarında böhran olacaq?

“Fitch Ratings” reytinq agentliyi bu ilin sonuna qədər dünyada 2008-ci ildən bəri qlobal avtomobil satışında ən böyük enişi (3,1 milyon azalma) görəcəyini proqnozlaşdırır

Bu, dünya avtomobil bazarında baş verən neqativ proseslərin davam etməsi, xüsusən də avtomobil istehsalının azalmasının intensivləşməsi deməkdir.
Dövlət Gömrük Komitəsinin 2020-ci ildən etibarən istehsal müddəti 7 ildən yuxarı olan, istifadə olunmuş və Azərbaycana idxal olunan avtomobillərə aksiz vergisini artırmaq planları da gündəmdədir.

Bütün bunlar Azərbaycanın avtomobil bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, bu proseslər Azərbaycanın avtomobil bazarına böyük təsir etməyəcək:

Azərbaycanın avtomobil bazarının həcmi beynəlxalq avtomobil bazarı içərisində nəzərə çarpmayacaq həcmdədir. Yəni həddindən artıq çox kiçikdir. Digər tərəfdən əgər idxalda azalmalar olarsa, yəqin ki, onun yerini daxili bazarda avtomobil istehsal edən şirkətlər öz həcmlərini artırmaqla bazarda paylarını da artıracaqlar. Bizdə bazarın həcminin tutumunun azalıb-artması insanların gəlirliyindən, işgüzar aktivliyindən və idxal qiymətlərindən çox asılıdır”.

Ekspert idxal olunan avtomobillərə aksiz vergisinin artırılması məsələsinə də münasibət bildirib:

“Ötən il gömrük rüsumları artanda mətbuatda çoxlu məqalələr oxuyurdum ki, idxal aşağı düşəcək, avtomobil bazarında qıtlıq olacaq. Amma görürsünüz ki, müəyyən müddətə azalma olsa da, yenə həcm öz yerinə qayıtdı”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar