Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Səndən kişi olanda, məndən də kosmonavt olacaq” 

Müğənni Kərim Abbasov aparıcı Elçin Əlibəylinin “Müğənnillər sırtılıb” sözləri ilə bağlı sərt fikirlər səsləndirib...

İfaçı sosial şəbəkədə aparıcını ağ yuyub, qara sərib:

“Sırtıq sənsən ki, buradan səni döyürlər, oradan da gedib barışırsan. Səndən kişi olanda, məndən də kosmonavt olacaq. Ömür boyu müğənnilərin sayəsində qazandınız, amma indi müğənnilər səni vecinə almır deyə ağzına gələni yazırsan. Başın qaçıb sənin. Qınamıram, ermənipərəstsən. Çox dərinə getsək, qanında da var, özün məndən yaxşı bilirsən”.

Qeyd edək ki, ötən il Elçin Əlibəylinin sözügedən səsi sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu: "Onların zərrə qədər hörməti yoxdur. Hörməti olan şou-biznes nümayəndəsi var. Onlar sənət adamlarıdır, onlara heç kim heç nə demir. Şou-biznesdə sırtılanları siz yaxşı bilirsiniz. Onları sırtıldan da bizik. Toyda özümüzü idarə edə bilmirik. Toyda vəhşiləşirik, quduzlaşırıq. Ona görə də konsert vermir ey, dombalaq aşsın mənə maraqlı deyil. Müğənniləri sırtıldan biz özümüzük".

Maraq üçün bildirək ki, dünən teleaparıcı Elçin Əlibəyli Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi ilə bağlı məlumat yayıb. Daha sonra isə E. Əlibəyli bu məsələ ilə bağlı barışıq əldə olunduğunu bildirib. Görünür, bu, E. Əlibəyli ilə bir neçə dəfə qalmaqal yaşayan müğənni Kərim Abbasovun ötənilki açıqlamanı xatırlamasına səbəb olub.

pia.az


Etiket: Kərim Abbasov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar