Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini ölkədə internetin sürətinin aşağı olması barədə iradlara münasibət bildirib

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkədə internetin sürətinin aşağı olması barədə iradlara münasibət bildirib...

E. Vəlizadə jurnalistlərə açıqlamasında deyib ki, bu, tam əsassız fikirlərdir.

Nazir müavini Azərbaycanda internetin inkişaf səviyyəsinin yüksək olduğunu vurğulayıb: “Ölkəmizdə ən qabaqcıl İnternet texnologiyaları tətbiq olunur. İstər mobil, istər simsiz texnologiyalar, istər simli telefon şəbəkələri vasitəsi ilə vətəndaşlar öz maraq və tələbatlarına uyğun xidmətlər əldə edə bilirlər. Bu baxımdan Azərbaycanda internetin sürətinin aşağı olması barədə fikirlər tam əsassızdır. Azərbaycanda internetin sürətinin guya aşağı olması barədə göstəricilərin yer aldığı mənbə – Böyük Britaniyanın "Cable" şirkəti məhz onun üçün nəzərdə tutulub ki, kiminsə internetə girişdə problem olursa, onu yoxlamaq üçün bilavasitə həmin mənbəyə müraciət edir. Ona görə də "Cable"yə müraciət edən şəxslər elə hansısa səbəbdən aşağı sürətli internet istifadəçisi olanlardır. İnternet sürəti yüksək olan istifadəçilər heç vaxt o mənbəyə müraciət etmirlər. Ona görə də Azərbaycan reallığında yüksək olan göstərici həmin mənbədə qeyd olunan göstəricilərdən dəfələrlə yüksəkdir”.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar