Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Yaxın Şərq və Şimali Afrika Planı - 2-ci yazı

Amerikanın Yeni Dünya Sistemi çöküb, neo-liberal beynəlxalq münasibətlər də artıq işləkliyini itirib. Dünya artıq sülhə və sabitliyə xidmət edən ədalətli bir beynəlxalq nizam axtarışındadır...

Semih KORAY
“Aydınlık” qəzeti, Türkiyə, 8 oktyabr 2019-cu il

Moskvanın Yaxın Şərq və Şimali Afrika Planı da bu axtarışın bir nəticəsi kimi ortaya çıxıb. Yeni və ədalətli bir beynəlxalq sistem həm milli dövlətlərin azadlığa və hegemoniyaya olan hörmətini əsas götürməli, həm də inkişaf etmiş ölkələrin imperializmə qarşı ortaqlığını təkmilləşdirmək üçün uyğun zəmin yaratmalıdır. Azadlıq və hegemoniya daxili cəbhəni imperializmin dağıdıcı təsirlərindən qoruyaraq yurdda sülh, beynəlxalq cəbhədə isə imperialist hücumların qarşısını alaraq dünyada sülh yaratmağa xidmət edir. Üstəlik bu cür sistem Avrasiya ölkələri ilə Atlantik ölkələri arasındakı münasibətlərin normallaşmasına da kömək edir.

Sülh içində yaşamağın 5 prinsipi

Bəşəriyyət 20-ci əsrdə “Yurdda sülh, dünyada sülh” prinsipinin beynəlxalq formulunu da yaratmışdı. İlk olaraq 1953-də Cu Enlay tərəfindən irəli sürülən bu formul 1955-də Bandunq Konfransında Tərəfsiz Ölkələr Hərəkatı tərəfindən mənimsənən “Sülh içində birlikdə yaşamağın 5 prinsipi”ndən ibarətdir. Buraya “hegemoniya və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək”, “qarşılıqlı olaraq hücum edilməməsi”, “bir-birlərinin daxili işlərinə qarışmamaq”, “bərabərlik və qarşılıqlı fayda” və “sülh içində birlikdə yaşamaq” prinsipləri daxildir. Milli dövlətləri əsas götürən bu 5 prinsip Amerikanın Yeni Dünya Sisteminin strateji alternatividir.

Millətin və milli dövlətin yenidən kəşf olunması

Minilliyin əvvəllərində ABŞ-ın “onlarla il davam edəcək xaçlı səfəri” adıyla başlatdığı hücum müasir inqilabların əsas gücü olan millətin və onun qalası olan milli dövlətin yenidən və daha dərindən kəşf edilməsinə yol açdı. Mərkəzi feodal imperiyaların ərazisi olan Asiyanın mədəni keçmişindəki dövlətçi və xalqçı ünsürlər yeni prosesin inşasına kömək etməyə başladı. Çünki keçmiş qazanclar yeni ortaq mədəniyyətdə tətbiq edilsə, daha effektiv nəticə verər. Moskvanın, Ankaranın və Tehranın mədəni irsi bəşəriyyətin inkişafına xeyli təkan verib. Lakin bu qazancları müasir cəmiyyətlərdə tətbiq etməyin yolu “ənənəvi köklərə qayıdış” deyil, bu köklərdən müasir dövlətlər arasında ortaqlıq yaratmaq üçün istifadə etmək lazımdır.

İctimai nöqsanlara müdaxilə etməyin qarşısını almaq

İmperializmin milli dövlətləri dağıtmaq və millətləri məhv etmək etnik və dini nöqsanlardan istifadə edir. Bunun qarşısını almaq isə çox önəmlidir. Çünki imperializm ayrı-seçkiliyi dərinləşdirmək üçün hər iki tərəfi də bir-birinə qarşı qızışdırır. Nöqsan nöqtələrindən ən mülayim olanı seçib beynəlxalq birliklər yaratmaq problemi həll etmir və milli dövlətləri zəiflədəcək yeni anlaşılmazlıqlar yarada bilər. Moskva Planına daxil olan xəritə Sufi Birliyi və Şiə Birliyi yaratmağı əsas götürməyin milli sərhədlər üzərindəki mənfi təsirlərini açıq şəkildə göstərib.
Həll yolu isə odur ki, hər ölkənin daxilində milli birliyə əngəl olan bölücü qüvvələr təmizlənsin.

İmperializmə qarşı strateji ittifaqın təməli

Bölgəmizdəki milli dövlətlər ortaq təhdidlərə məruz qaldıqları üçün strateji baxımdan ortaq maraqlara sahibdirlər. Beynəlxalq münasibətlər hazırda bu ortaq maraqların üzərində inşa edilir. Müxtəlif ölkələrin maraqlarının birliyə zərbə vurmasının qarşısını almaq önəmli bir siyasi vəzifədir. Bunun əsas şərti isə ölkələr arasında qarşılıqlı güvən yaratmaqdır. Sülh içində birlikdə yaşamağın 5 prinsipi isə Avrasiya Variantını qarşılıqlı güvən əsasında beynəlxalq çərçivədə yaradır. Başqa ölkələrə qarşı ictimai mühəndislik planları və güvən təməlini sarsıtmaq təhlükəsi də yol xəritəsində öz əksini tapır.

Birlikdə sülh içində yaşamaq prinsipləri Avrasiya ilə Atlantik arasındakı münasibətləri də əhatə edir. Bu çərçivə Atlantik Sistemi daxilində dünyada sülh və sabitlik istəyən cərəyanları gücləndirmək və Avrasiyanın Avropa qanadını inşa etmək baxımından da uyğun bir zəmin yaradır. Dünyamız Atatürkün “Yurdda sülh, dünyada sülh” şüarını hər gün daha çox mənimsəyir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar