Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana südü körpəni və ananı xərçəngdən qoruyur - Məşhur onkoloq

Ana südünün bitib-tükənməyən faydaları...

Ana südü ananı və uşağı xərçəngdən xilas edir.Bunu onkologiya üzrə uzman həkim Hakan Karagöl ana südünün faydalarından danışarkən qeyd edib.

PİA.az medicina.az-a istinadən bildirir ki, onun sözlərinə görə, ana südünün tərkibində dokozaheksanoy turşusu var. Bu səbəbdən də ana südü ilə qidalanan uşaqlarda ağıl, idrak, diqqət, yaddaş kimi funksiyaların daha yaxşı olduğu bildirilir.

Dr. Hakan Karagöl ana südünün uşaqlarda aşkarlanan bir çox xəstəliyə çarə olduğu da vurğulayıb. Onun elmi araşdırmaları körpələrin 6 ay və daha artıq müddətdə ana südü ilə qidalanmağının vacib olduğunu göstərib. Ana südü vaxtından tez doğulan körpələrdə infeksiya ilə əlaqəli olan ölüm riskini də azaldır.

Ən azı 3 ay ana südü ilə qidalanma körpələrin ishal, orta qulaq iltihabı, tənəffüs yollarına infeksiya yoluxması riskini azaldır. 4 ay ana südü ilə qidalanma isə astma və allergik dəri xəstəliyi kimi problemlərin qarşısını alır. Çünki ana südü xəstəliklərə qarşı stimullaşdırıcı və tənzimləyici funksiyaya malikdir.

Kifayət qədər ana südü ilə qidalanan uşaq və yeniyetmələrdə piylənməyə, yetkin yaşlılarda isə yüksək təzyiq və xolesterol kimi xəsəliklərə daha az rast gəlinir. Ana südü ilə qidalanmanın digər bir faydası da uşaqlarda xərçəng xəstəliyinə çox rast gəlinməməsidir.

Karagöl bildirib ki, əmizdirmə analarda xərçəngin qarşısını alır. Belə ki, övladlarını kifayət qədər və müəyyən müddətdə əmizdirən analarda döş və yumurtalıq xərçənginə tutulma hallarının azaldığı müşahidə olunub.

pia.az


Etiket: ana südü

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Ən çox oxunanalar