Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəyik"

Bunu Baş prokuror Zakir Qaralov Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib...

"Son zamanlar ölkə daxilində olan antimilli qüvvələrin və radikal müxalifət partiyalarının köməyi ilə guya ölkədə “siyasi təqiblərə” məruz qaldıqları görüntüsü yaratmaqla Azərbaycanı tərk edərək xarici ölkələrdə özlərinə bir vasitə ilə sığınacaq tapmış və ermənipərəst xarici dairələrin diktəsi ilə hərəkət edən, milli-mənəvi dəyərlərdən uzaq bəzi şəxslər tərəfindən sosial şəbəkələrdə səsləndirilən ekstremist çağırışların, təhqir və böhtanların qarşısının alınması üçün kəsərli tədbirlər həyata keçirilir".

Bunu Baş prokuror Zakir Qaralov Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində xalqın rifah halının gündən-günə yaxşılaşması və xalq-iqtidar birliyinin sarsılmazlığından narahat olan, xaricə satılmış antimilli müxalifət düşərgəsinin təmsilçilərinin ölkədə ictimai-siyasi sabitliyi və əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısı bundan sonra da xalq və dövlət tərəfindən qətiyyətlə alınacaq.

Z.Qaralov bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcək.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar