Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arzu Rəhimov: “Neqativ hallara qarşı mübarizə zəruridir”

Sentyabrın 27-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar qurumun müvafiq strukturlarının, yerli idarə, şöbə və bölmələrinin rəislərinin iştirakı ilə xidməti müşavirə keçirilib...

Bu barədə SHXÇDX-nin məlumatında bildirilib.

Məlumata görə, SHXÇDX-nın rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə Xidmət tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış edib. İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.

Xidmət rəisi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Silahlı Qüvvələrin şəxsi
heyətlə komplektləşdirilməsi ilə əlaqədar çağırış prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, çağırışçıların öyrənilməsi və tibbi şəhadətləndirilməsinin yüksək səviyyədə təşkil olunması istiqamətində görülmüş işləri, həmçinin qarşıda duran vəzifələri bir daha diqqətə çatdırıb.

General-leytenant Arzu Rəhimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması və çağırılması, təntənəli yolasalma tədbirlərinin mütəşəkkil qaydada həyata keçirilməsi və çağırışçıların təyin olunduqları hərbi hissələrə təlimata müvafiq qaydada çatdırılması ilə bağlı tapşırıqlar verib.

Xidmət rəisi vətəndaş məmnunluğunun təmin olunmasının, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasının, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin müvəffəqiyyətlə davam etdirilməsinin, nöqsanların aradan qaldırılmasının və neqativ hallara qarşı bundan sonra da kəskin mübarizə aparılmasının zəruriliyini xüsusi vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar